Mərkəzi Bank uçot dərəcəsini aşağı sala bilər | Banco.az

Mərkəzi Bank uçot dərəcəsini aşağı sala bilər

Azərbaycan Mərkəzi Bankı aprel ayında keçiriləcək iclasında uçot dərəcəsini aşağı sala bilər.

Bu barədə AMB-nin idarə heyətinin sadr müavini Aftandil Babayev Reuters-ə açıqlamasında deyib. O, bildirib ki, uçot dərəcəsini bir qədər də aşağı salmaq üçün imkan var.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul etmişdi.

Qaynarinfo.az