Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib.
Tender proseduru martın 1-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.
İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 200 manat məbləğində vəsait köçürməlidirlər. Bundan başqa, tender təklifinin qiymətinin 1%-i həcmində bank təminatı da olmalıdır.
Qeyd edək ki, xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 6 ay ərzində imzalanmalıdır.