Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit verəcək.
Prezidentin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman ilə Mərkəzi Banka tövsiyə edilib:
"Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin".
Qeyd edək ki, Mərkəzi Bank müstəqil olduğundan, Prezident Mərkəzi Banka tapşırıq yox, tövsiya verə bilər.
Marja