Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı Azərbaycanda 2024-cü ildə iqtisadi artımın 3,5-4%, qeyri-neft sektoru üzrə isə 5,5-6% olacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
"2025-ci ildə ölkədə iqtisadi artımın 2-2,5%, qeyri-neft sektorunda isə 4-5% civarında olacağı gözlənilir", – Taleh Kazımov qeyd edib.
Sədr həmçinin bildirib ki, iyul ayının proqnozları aprel ayının proqnozu ilə müqayisədə dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!