Məhsuldar iclaslar üçün Bransondan qızıl məsləhətlər | Banco.az

Məhsuldar iclaslar üçün Bransondan qızıl məsləhətlər

Bugünkü məqaləmizdə sizə Virgin Group şirkətinin təsisçisi britaniyalı biznesmen və investor Riçard Bransonun bloq yazısını təqdim edəcəyik. Bransonun biznesin inkşafı və eləcə də şəxsi inkşafla bağlı motivasiya edici yazıları öz ölkəsi ilə yanaşı, dünyanın əksər ölkələrində kifayət qədər məşhurdur.

Riçardın rəsmi yığıncaqları necə maraqlı və yaddaqalan etməsi ilə bağlı yazısı diqqətimizi cəlb etdi və onu sizinlə bölüşmək istədik.

“Mən heçvaxt ofisin darıxdırıcı və boz mühitində keçən iclasların həvəskarı olmamışam. İşimə olan bağlılığım mənə öz biznesimə fərqli aspektlərdən yanaşmaqda kömək edir. Ən  sevdiyim kələklərimdən biri isə iclasları ayaqüstü təşkil etməyimdir. Bu üsul layihələrin uğurlu alınması, qərarların daha cəld qəbul olunması və satışın mütəşəkkil icra olunmasında və s. məsələlərdə böyük əhəmiyyət daşıyır.

Londonda olarkən öz ortaqlarımla müəyyən müzakirələri müzakirə etmək üçün Kiçik Venesiyanın ətrafında gəzintilərə getməyə üstünlük verirəm. Gölün kənarındakı yaşıllıqlarla əhatələnmiş cığır o qədər gözəldir ki, burada ağlıma əla ideyalar gəlir.  Fikirləşirəm ki, kreativliyimə səbəb məhz suyun axıcılığı və mənzərənin gözoxşayan olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Masa arxasında aparılan iclasları vaxt itkisi hesab edirəm. Çünki, belə yığıncaqlarda agendalar unudulur,  insanlar tez yorulur və əsas mövzudan yayınmalar müşahidə olunur. Bəzi hallarda seminarlar və daha mükəmməl təqdimatlar üçün cox vaxt lazım olur. Lakin, vahid mövzu ətrafında 10-15 dəqiqədən artıq müzakirəni faydasız hesab edirəm. Ayaqüstü iclaslar zamanı isə daha tez və qətiyyətli qərarlar qəbul etmək mümkündür. Bunu şəxsi təcrübəm əsasında gəldiyim qənaətlər deyir. Oturaq vəziyyətdə olduqda isə istər-istəməz yorğunluq və süstlük düzgün həll yolları tapmağa mane olur.

Açıq havada olan yığııncaqların daha bir üstün tərəfi ondadır ki, siz real və şən ünsiyyəti yalnız təmiz havada əldə edə bilərsiniz. Konfrans otaqlarında isə xoşa gələn və pozitiv əhval bəxş edən əşyalar demək olar ki, yox səviyyəsindədir. Lakin mənə qarşı çıxaraq ofislərin divarlarını həmişə gözəl tabloların bəzədiyini deyə bilərsiniz. Amma mənim da cavabım hazırdır! Gözəl tablolar fikrimizə aydınlıq gətirə bilər, yorucu PowerPoint təqdimatları isə yuxudan başqa heçnə gətirmir. Hansı ki, bütün iclaslarda onları can dərdi izləmək məcburiyyətində qalırıq.