Marketinqdə rənglər nə vəd edir? | Banco.az

Marketinqdə rənglər nə vəd edir?

Marketinqdə rənglərin əhəmiyyəti mövzusunda araşdırma yazını təqdim edirik.

Qırmızı rəng

Qırmızı ən diqqət çəkən rənglərdən biridir. Bu, qırmızını marketinqdə ən vacib rənglərdən biri edir. Qırmızı gücü təmsil edir. Eyni zamanda qida sənayesində tez-tez istifadə edilən bir rəngdir.

Qırmızı rəngdən istifadə edən bəzi brendlər: ''KFC'', ''Redbull'', ''Arbys'', ''Nestle'', ''Coca Cola'', ''Netflix''.

Yaşıl

Yaşıl şüuraltımızda təbiəti canlandıran rəngdir. Xeyirxahlıq və güvən hissi olan yaşıl rəng təbiətdəki sülhü də təmsil edir. Əsasən üzvi, təbiətə uyğun məhsul və ya xidmət çeşidləri olan brendlər tərəfindən istifadə edilən rəngdir. Müştərilərinizdə sülh, güvən və dostluq hissi yaratmaq istəyirsinizsə, yaşıl rəng doğru alternativlərdən biri olacaq.

Yaşıl rəngdən istifadə edən bəzi brendlər: ''bp'', ''Nvidia'', ''Carlsberg'', ''Starbucks'', ''Tropicana'', ''Spotify'', ''Xbox'', ''Garanti Bank'', ''Lacoste'', ''Holiday Inn''.

Sarı Rəng

Sarı optimizmi və hərəkəti ifadə etsə də, çox diqqətli istifadə edilməli rənglərdən biridir. Canlılıq duyğusu olsa da, ani və sürətli istehlak hissi yaradan rəngdir. Buna görə də əyləncə və fast food brendlərində geniş istifadə olunur. Davamlı və daimi müştəri qavrayışı istəyən brendlər ümumiyyətlə sarı rəngə üstünlük vermirlər.

Sarı rəngdən istifadə edən bəzi brendlər: ''Ferrari'', ''Sprint'', ''DHL'', ''IKEA'', ''Hertz'', ''Shell'', ''Nikon'', ''National Geographic''.

Mavi Rəng

Mavi şüuraltımızda dürüstlük və güvən hissi yaradan rəngdir. Səlahiyyət və uğur rəngi olaraq da bildiyimiz mavi rəng təbiətin rəngi kimi də tanınır, həm səmanın, həm də dənizin rəngidir, ona görə də sakitləşdirici və rahatlaşdırıcı bir qavrayışa malikdir. Ümumiyyətlə rəsmi qurumlar tərəfindən istifadə edilən bir rəng olsa da, texnologiya və rəqəmsal sektorda çox istifadə edilən bir rəng olduğunu söyləməliyik. Güvən yaratmalı və davamlı olduğunuzu bildirməli olan bir markasınızsa, mavi rəng sizin üçün doğru istifadə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mavi rəngdən istifadə edən bəzi brendlər: ''Twitter'', ''Oral-B'', ''Intel'', ''American Express'', ''Nasa'', ''IBM''.

Qara Rəng

Qara şüuraltımızın əks tərəflərini müəyyən harmoniyaya gətirən rəngdir. Həm ənənəvi, həm də müasir cəhətlərimizə qavrama təsiri olan bir rəngdir. Qara rəng eyni zamanda bahalılığı simvolizə edən bir qavrayışa malikdir.

Qara rəngdən istifadə edən bəzi brendlər: ''Mercedes'', ''Schwarzkopf'', ''Adidas'', ''Nike'', ''Gucci'', ''Louis Vuitton'', ''Zara'', ''Bentley'', ''Puma'', ''Sony'', ''Prada''.

Narıncı rəng

Narıncı enerjini göstərən rəngdir. İki əsas rəngin qarışığından əmələ gələn bir rəng olduğu üçün şüuraltına iki rəngin qavrayış təsirini də verir. Satış tələbi yaradan narıncı rəng son zamanlar tələb olunan və e-ticarət saytları tərəfindən tez-tez seçilən bir rəngdir. Satışları hədəfləyən bir markasınızsa, narıncı rəng doğru alternativlərdən biridir.

Narıncı rəngdən istifadə edən bəzi brendlər: ''Trendyol'', ''Hepsiburada'', ''Bit.ly'', ''Timberland'', ''Hermes Paris'', ''Fanta''.

Narıncı Rəngdən istifadə edən bəzi brendlər: Trendyol, Hepsiburada, Jbl, Bit.ly, Timberland, Hermes Paris, Tnt, Fanta, Ing Bank

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram