Manatın məzənnəsi saxlanılacaq (VİDEO) | Banco.az

Manatın məzənnəsi saxlanılacaq (VİDEO)

Azərbaycan hökuməti milli valyutanın məzənnəsinin möhkəmliyini qoruyacaq. 

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bunu qəti şəkildə bəyan edib. O bəzi ekspertlərin manatın məzənnəsini məqsədli şəkildə yüksək saxlamağın ixracı bahalaşdırması ilə bağlı fikirlərini əsassız adlandırıb. Bunu Rusiyanın misalında izah etməyə çalışıb.

“1998- ci ildə öz milli valyutasını yenicə denaminasiya etmiş Rusiyada böhran oldu. Qısa müddətdə 1 dollar 6 rubl idi. Sonra bu rəqəm 24 rubla çıxda. Çox qısa bir müddətdə 6-8 ayda Rusiya iqtisadiyyatı əldə etdiyi üstünlüyü itirdi”- deyə Elman Rüstəmov yada salıb.

Ən sərfəli kredit üçün müraciət et

 

 

Mənbə
ANS TV