Bu ilin may ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,58 bənd təşkil edib.
Manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,03 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,32 bənd artıb. Bu ilin yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,63 bənd təşkil edib.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72) qeydə alınıb.
Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.
Report.az