Manat ilə kredit götürülən kreditlərə güzəştin tətbiq edilməsinə ehtiyac varmı? Bu suala iqtisadçı ekspert Vüqar Bayramov cavab verib.
Ekspert qeyd edib ki, fərqli formada olsa da milli valyutada olan kreditlərə də, güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə, manat ilə kreditin qaytarılması üçün ailə büdcəsinin ayrılan məbləğin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan da həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Nümunə üçün: 30 faizlə 10 000 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir.