Dekabr ayında bir il müddətinə fiziki şəxslərin manat əmanəti yerləşdirə biləcəyi bankları və onların şərtlərini təqdim edirik. Bu ay əvvəlki aya nisbətən Unibankda 0,5%, Muğanbankda 1%,VTB Bankda 1,5%, AccessBankda 2% azalma müşahidə edilib.
Həmçinin bax: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - Dekabr 2022
Həmçinin bax: Manat əmanəti hansı banklarda daha sərfəlidir? (2 illik) - Dekabr 2022
Faizlər əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. Faizlərin ödənilməsi üçün müştəriyə depozit kartı təqdim olunur. Kartın növü isə əmanətin məbləğindən asılı olaraq fərqlənir.
Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!
banklarda depozit faizleri 2022, en yuksek depozit faizleri 2022, banka pul qoymaq faizleri 2022, manat depozit faizleri 2022