Aprel ayında bir il müddətinə fiziki şəxslərin manat əmanəti yerləşdirə biləcəyi bankları və onların şərtlərini təqdim edirik.
Faizlər əmanətin məbləğindən asılı olaraq illik hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. Faizlərin aylıq ödənilməsi şərtində isə illik hesablanan faizlər aylara bölünərək müştəriyə təqdim olunur. Əmanət məbləğini isə yalnız bir ilin sonunda götürmək olar. Əgər müqavilə pozularsa, yəni müştəri əmanəti vaxtından əvvəl götürürərsə, həmin məbləğin bankda qalma müddətindən asılı olaraq faizlər yenidən hesablanır. Bu zaman daha aşağı faiz dərəcəsi tətbiq olunur və ya müştəriyə tamamilə heç bir faiz ödənilmir. Faizlərin ödənilməsi üçün müştəriyə depozit kartı təqdim olunur. Kartın növü isə əmanətin məbləğindən asılı olaraq fərqlənir.
Həmçinin bax - Ən sərfəli dollar əmanəti hansı bankdadır?
Qeyd. 1 fevral 2023-cu il tarixdən etibarən banklarda yerləşdirilən əmanətlərdən əldə olunan gəlirdən 10% vergi tutulur. Bu vergi yalnız əmanətdən əldə olunan faiz gəlirinə aiddir, yerləşdirilən əmanət məbləğinə isə heç bir vergi tutulmur.
Bankların bir il müddətinə manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.