Bu gün fevralın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 1-i ilə müqayisədə 0,0032 manat və ya 0,2% azalaraq 1,5940 səviyyəsində müəyyən olunub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0074 manat və ya 0,43% möhkəmlənərək 1,7400 manatadək yüksəlib.
Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,37% azalaraq 0,0206 manat səviyyəsində müəyyənləşib.