Maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları artıb | Banco.az

Maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmaları 1 milyard 530 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin üçüncü rübü üzrə "Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat"ında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 52.5% və ya 527 milyon manat çoxdur.

Qeyd edək ki, ötən ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti üzrə ödəniş daxilolmalarının həcmi 1 milyard 3 milyon manata, bu ilin ikinci rübündə isə 1 milyard 569 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram