Maliyyə Nazirliyinin istiqrazları 10 investor üçün maraqlı olub | Banco.az

Maliyyə Nazirliyinin istiqrazları 10 investor üçün maraqlı olub

banco.az portalı Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, 26 sentyabr 2017-ci il tarixində  Maliyyə Nazirliyinin AZ0105008558 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac baş tutub.

Məlumata əsasən, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 100.8420 AZN (14.5000%) və 112.7105 AZN (7.9970%) olan 18 sifariş təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 108.9100 AZN (9.9759%), orta ölçülmüş qiyməti 110,3882 AZN ( 9.1954% ) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17,527,400.00 yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 24 sentaybr 2019-cu  il.

Hərrac iştirakçıları 27 sentyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.