Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, bu vəzifə Elman Piriyevə həvalə olunub.
O, bundan əvvəl adı çəkilən agentliyin direktor müavini vəzifəsində çalışıb və direktoru əvəz edib.
Xatırladaq ki, Dövlət Xəzinədarlığı Agentliyinin sabiq direktoru Abbas Salmanov ötən il, aprelin 14-ü vəfat edib.