Lüks və premimum brendlər arasındakı fərqlər | Banco.az

Lüks və premimum brendlər arasındakı fərqlər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Premium marka ilə lüx brend arasında fərqlər var. Lüks brendlər hər kəs üçün əlçatan ola bilməz. Premium marka isə orta səviyyədən bir az daha yuxarı təbəqə üçündür.

Lüks brend yaratmaq asan məsələ deyil. Keyfiyyətli məhsul təqdim etməklə yanaşı, dəbdəbə hissi də yaradılmalıdır. Brendin yaradılması və ya premium səviyyəyə yüksəldilməsi həm məhsul, həm də müştəri xidmətləri üçün geniş reputasiyaya malik ardıcıllıq tələb edir. 

Bu məqalədə premium və lüks brend arasındakı fərqlərdən danışacağıq. 

Premium brend

Premium markalar bazardakı əksər alternativlərdən daha yüksək qiymətə malikdir. Buna görə də, istehlakçılar yüksək pul verdikləri üçün keyfiyyət də tələb edirlər.

Lüks brend

Lüks məhsullar mütləq müəyyən bir ehtiyacı ödəmək məqsədi daşımır. Lüks brendlər sosial təbəqəni və sərvəti göstərmək üçün istifadə olunur.

Lüks və premium məhsullar və ya brendlər arasında bir çox mühüm fərqlər var: Keyfiyyət, xüsusiyyətlər, yerləşdirmə, hədəf kütlə, reklam, istehsal, qiymət və satış həcmi.

1. Keyfiyyət

Premium brendlər üçün məhsulun qiyməti və keyfiyyəti istehlakçının tələbinə uyğunlaşdırılır, çünki yüksək qiymət çox vaxt yüksək keyfiyyətlə əlaqələndirilir.

Müştərilər daha keyfiyyətli, material və ya xidmət olduğuna görə premium brendlərə pul ödəyirlər.

2. Xüsusiyyətlər

Lüks brendlər ən yaxşı xüsusiyyətlərə sahib olmağa önəm verirlər. Premium brendlər kəmiyyət və keyfiyyətli məhsul xüsusiyyətləri ilə yüksək keyfiyyətli məhsullar üçün sənaye meyarlarını təyin edirlər. Bu səbəblə premium brendlər rəqabətdə öndə qalmaq və daha çox qazanmaq üçün inkişafa daha çox sərmayə qoyurlar.

3. Yerləşdirmə

Dəbdəbəli brendlər bazardakı mövqeləri müəyyənləşdirmək üçün marketinqə ehtiyac duymurlar. Bu brendlər illər əvvəl bazarda öz mövqelərini qurub və "elitar" şöhrət qazanıblar. Lüks brendlər özlərini rəqibləri ilə müqayisə etmirlər. Çünki onlar artıq uzunmüddətli brendinq və qiymət strategiyaları ilə bazara yerləşiblər. 

Bununla belə, premium brendlər həm məhsul, həm də müştəri xidməti üçün davamlı etibarlılıq və yüksək keyfiyyət imicini yaradan brendinq və marketinqə ehtiyac duyurlar. 

4. Hədəf kütlə

Dəbdəbəli brendlər qiymətə həssas insanlar tərəfindən istehlak edilmir. Dəbdəbəli brendlər üçün hədəf bazar öz uğurlarını, sərvətlərini və sosial təbəqələrini nümayiş etdirməyi sevən istehlakçılardır.

Ən sərfəli kredit üçün müraciət et

Premium brendlər daha yaxşı keyfiyyət və xüsusiyyətlər üçün daha çox ödəniş etməyə hazır olan müştəriləri hədəfləyir.

5. Reklam

Lüks bir marka nadirən reklamlara pul xərcləyir. Lüks brend kütləvi bazarı hədəf almır. 

Premium brendlər çox vaxt reklama böyük xərc çəkirlər. Bazar payını qorumaq üçün tədqiqat, inkişaf və marketinqə yüksək miqdarda sərmayə yatırılır.

6. İstehsal

Lüks brendlər bazarın kiçik bir seqmentini hədəflədiyi üçün kütləvi istehsal etmirlər. Məhsullar çox vaxt tədarükün məhdudlaşdırılması, eksklüzivliyin artırılması və istehlakçılarına yüksək dərəcədə fərdiləşdirmə imkanı verə bilmək üçün əl və ya digər ənənəvi üsullarla hazırlanır.

Premium brendlər aşağı qiymətli və ya orta bazar markalarının həcmi qədər istehsal etməsələr də, yenə də kütləvi istehsaldan yanadırlar. 

7. Qiymət

Bəzi istehlakçılar məhsulun keyfiyyətinə və çoxlu funksiyalara görə premium brend üçün əlavə pul ödəməyə hazırdırlar. Bu, premium məhsulların yüksək qiymətə yaxın olmasını təmin edir.

Lüks brendlər premium brendlərdən daha yüksək qiymətlərə malik olurlar və onların qiymətlərinin bahalığını nəyəsə görə əsaslandırmırlar.

Premium brendlər qiymətlərini artıraraq lüks brendə çevrilə bilməzlər. Lüks məhsulların bahalığı, həmçinin, brendin adından irəli gəlir. 

8. Satış həcmi

Lüks markanın dəbdəbəli qalması üçün onun satış həcmində məhdudiyyətləri olmalıdır. Bu, az adamın əlçatanlığını məhdudlaşdırır və çoxluğun istəyini artırır. Premium brendlər yuxarıda da qeyd etdiyimiz kimi, daha çox məhsul istehsal edib satmağa üstünlük verirlər. 

Dəbdəbəni təyin edən qiymət etiketi deyil, brendin özüdür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et