Lüks mallar nəhəngi "LVMH"nin səhmləri ucuzlaşıb | Banco.az

Lüks mallar nəhəngi "LVMH"nin səhmləri ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Lüks mallar nəhəngi "LVMH"nin artımı Çin bazarındakı azalma səbəbindən zəifləyib.

Banco.az xəbər verir ki, "LVMH"nin satış artımı ilin ikinci rübündə alıcıların bahalı "Louis Vuitton" çantaları və "Christian Dior" xərclərini azaltması səbəbindən yavaşlayıb.

Lüks qrupun ən böyük bölməsi olan moda və dəri məmulatları bölməsində xalis gəlir 1% artıb. "Celine", "Fendi" və "Loewe" kimi markaların daxil olduğu bölmənin artımı ötən ilin eyni dövründə 21 faiz təşkil edirdi.

Nəticələrdən sonra Parisdə ilk birja əməliyyatlarında şirkətin səhmləri 5 faizə qədər ucuzlaşıb. Bu ucuzlaşma ilə şirkətin bazar dəyərindən 17 milyard avro silinib.

Qeyd edilənə görə, Çindəki mənfi performansın təsiri nəticələrdə xüsusilə hiss olunub. Belə ki, Çinin də daxil olduğu bölgədə satışlar bu rübdə 14% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, dünyanın üçüncü ən varlı insanı olan Bernard Arnonun rəhbərlik etdiyi "LVMH" moda, zərgərlik, otellər və spirtli içkiləri əhatə edən təxminən 75 lüks brendə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram