"Lukoil" Azərbaycandakı layihələr sayəsində xaricdə qaz hasilatını 18% artırıb | Banco.az

"Lukoil" Azərbaycandakı layihələr sayəsində xaricdə qaz hasilatını 18% artırıb

"Lukoil" şirkəti I rübdə 5,4 mlrd. kubmetr qaz hasil edib.

"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda qeyd edilib ki, şirkət Rusiya xaricində qaz hasilatını 17,8% artırıb. "Buna əsasən Azərbaycan və Özbəkistandakı layihələrin sayəsində nail olunub", - deyə sənəddə vurğulanır.