Təcili olaraq pula ehtiyac duyulan zaman ağla gələnlər sırasında lombard krediti ən sərfəli çıxış yolu sayıla bilər. Bu kredit sizə etibarlı şərtlər ilə lazım olan məbləği əldə etmək imkanı verir. Lombard krediti məhsulundan yararlanmaq üçün banklara müraciət etmək daha məqsədə uyğundur.
Banco.az olaraq, sizi bazardakı aktiv lombard kredit təklifləri ilə tanış etmək istərdik:
Bank | Faiz | Məbləğ | Müddət | Məbləğin girova nisbəti |
Amrahbank | 20% | 300 - 50 000 AZN Ətraflı | 3-36 ay | 70% |
Turanbank | 22% | min 500 AZN Ətraflı | 1-24 ay | 70% |
Bank BTB | 22.8% | 300 - 10 000 AZN Ətraflı | 1-24 ay | 70% |
Atabank | 22-26% | 300 - 10 000 AZN Ətraflı | 36 ay | 75% |
Bank Respublika | 26% | 300 - 30 000 AZN Ətraflı | 6-36 ay | 70% |
Expressbank | 26-36% | 300 - 15 000 AZN Ətraflı | 3-30 ay | 70% |
Bank Avrasiya * | 27% | 10 000 AZN Ətraflı | 24 ay | - |
Azər Türk Bank ** | 28-30% | 15 000 AZN Ətraflı | 36 ay | 70% |
Bank of Baku | 28-30% | 500 - 3 000 AZN Ətraflı | 3-24 ay | 70% |
Rabitəbank | 29-30% | 300 - 10 000 AZN Ətraflı | 3-24 ay | 70% |
Muğanbank | 48% | 300 - 20 000 AZN Ətraflı | 3-24 ay | 70% |
* Bank Avrasiya - ətraflı məlumat üçün filiallara yaxınlaşa bilərsiniz;
** Azər Türk Bank - lombard krediti məhsulu, yalnız Gəncə filialı üçün nəzərdə tutulub. Yeni ilə qədər, lombard kreditinin verilməsi müvəqqəti olaraq, dayandırılıb.
Bank Avrasiya, Bank of Baku, Bank BTB, Expressbank - "Qızıl təminatlı kredit" adlı lombard kampaniyası həyata keçirir.
Həmçinin Oxu: Lombard kreditləri - banklar və BOKT-lar - ARAŞDIRMA