Müəllif: Pərviz Məmmədov, “Corporate Legal Consultancy” hüquq şirkətinin direktoru
Son dövrlərdə Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlər. Satışlarının əhəmiyyətli hissəsini kreditlə satış üzərindən həyata keçirən şirkətlər üçün ciddi sıxıntılara səbəb oldu. Və nəticədə bu şirkətlər tərəfindən alternativ həll variantı axtarılmağa başlanıldı. Bu həll variantlarından biri kimi lizinq yolu ilə satış çıxış edir.
Hələ 1994-cü ildə "Lizinq xidməti haqqında" Qanun dərc olunmasına və sonradan Mülki Məcəllədə normalar nəzərdə tutulmasına baxmayaraq yerli bazarda lizinq fəaliyyəti o qədər də geniş yayılmadı. Lakin məlum proseslərdən sonra lizinq şirkətlərinin fəaliyyətində bir aktivlik hiss olunur. Bu baxımdan lizinq münasibətlərinin iqtisadi yönü ilə yanaşı hüquqi tənzimləmə məsələləri də təbii ki maraq doğurur.
Lizinq müqaviləsi nədir - Lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın seçdiyi malı satıcıdan alaraq lizinq verənin istifadəsinə verir. Lizinq verən isə öz növbəsində dövri olaraq, məsələn hər ay, lizinq verənə yəni lizinq şirkətinə haqq ödəyir. Alıcı ilk baxışda lizinq və kredit münasibətlərinin bir fərqinin olmadığını düşünür. Lakin bu belə deyil. Lizinq və kredit müqavilələrinini fərqləri aşağıdakılardır
• Lizinq yolu ilə alınan əmlak alıcının deyil lizinq şirkətinin mülkiyyətindədir. Alıcı bu halda daha çox əmlakın icarəçisi statusuna yaxındır.
• Lizinq yolu ilə nağd pul əldə etmək mümkün deyildir. Geriyə lizinq adlanan lizinq növündə alıcı özünə məxsus əmlakıd lizinq şirkətinə sataraq əmlakın satışından əldə etdiyi pulu götürür və daha sonra bir növ öz əmlakının icarəçisi kimi çıxış edir. Bu hal həmdə istehlak mallarının lizinqə verilməsi zamanı ƏDV- ni tənzimləmək məqsədi ilə tətbiq edilir.
• Kredit yolu ilə aldığınız əmlak məhkəmə yolu ilə hərracda satıldıqda əgər əmlakın dəyəri borc məbləğinin həcmindən çoxdursa o zaman artıq qalan vəsait əmlakın sahibinə geri ödənilməlidir. Lizinqdə bu şans yoxdur. Əmlakın nə qiymətə satılmasından asılı olmayraq bütün vəsait lizinq şirkətinə çatır.
Lizinq müqaviləsi və kredit müqaviləsinin məhkəmə təcürbəsi baxımndan da maraqlı fərqləri və nüansları vardır. Kredit müqaviləsi üzrə borclunu məhkməyə verərkən əsasən borc tələb qoyulur və bu halda icra məmurları ödəmə imkanı olmayan vətəndaş barəsində çox da ciddi tədbirlər görə bilmirlər. Lakin lizinq müqaviləsi üzrə məhkəmə prosesi zamanı ən başlıca tələb kimi lizinq yolu ilə alınmış əmlakın geri verilməsi olur. Bu halda alıcı "imkanım yoxdur", üzrlü səbəblərdən qətnamənin tələbələrini "icra edə bilmirəm" deyə bilmir və lizinq yolu ilə almış olduğu əşyanı geri qaytara bilməsə onu artıq cinayət məsuliyyəti gözləyir. Bu baxımdan düşünürük ki, məhkəmə qaydasında lizinq şirkətlərinin öz borcların yığma prespektivi daha çoxdur.
Bir qədərdə lizinq şirkətləri və onların təşkilati idarəetmə məsələləri barədə. Bildyiniz kimi kredit təşkilatlarına dair çox ciddi tələblər müəyyən edilib və bu tələblərin icra olunmasına Mərkəzi Bank tərəfindən ciddi nəzarət vardır. Lizinq şirkətləri üzərində bu cür nəzarətin olmaması bir çox gözlənilməz nəticələr gətirib çıxara bilər belə ki,
- Lizinq şirkətinin yaradılmasına və idarə olunmasına ciddi məhdudiyyətlər olmadığndan istənilən təsadüfi şəxslər lizinq şirkəti yarada bilər və müxtəlif mənbələrdən vəsait cəlb edərək bu fəaliyyətlə məşğul ola bilər. Lakin burada peşəkar mütəxəssis çatışmazlığı və təşkilati nəzarətin olmaması nəticədə kütləvi olaraq öhdəliklərin icra edilməməsi ilə nəticələnəcək;
- Digər tərəfdən lizinq şirkətləri banklardan yuxari fazilə cəlb etdikləri vəsaitləri daha baha qiymətə bazara çıxaracaqlar ki, bu da öz növbəsində ödəməmə hallarının artmasına səbəb olacaq;
- Mərkəzləşmiş nəzarət sxemi olmadığından lizinq üçün müraciət etmiş şəxsin digər lizinq şirkətləri və banklar qarşısında öhdəliklərinin olub olmamasını müəyyənləşdirmək mümkün olmadığından risklərin keyfiyyətli idarəedilməsi mümkün olmayacaq;
Nəzərə alsaq ki, lizinq şirkətləri kredit təşkilatlarından fərqli olaraq əmanət cəlb edə bilməzlər, bu halda onlar ya kredit cəlb etməlidirlər ya da investor tapmalıdırlar. Hər iki halda həm banklar həm investorlar lizinq şirkətlərinə pul ayırarkən öz risklərini ciddi qaydada analiz etməlidirlər.
Yeni lizinq fəaliyyətinə başlamaq istəyən şirkətlərə tövsiyyəmiz. Öz fəaliyyətlərini qanunvericliyin tələblərinə tam uyğun olaraq qursunlar. Bu sahədə peşəkar şəxslərlə əməkdaşlıq etsinlər. Qanunvericliyin tələblərini pozmamaq şərti ilə öz vergi və maliyyə məsələlərini optimallaşdırsınlar.