“Litecoin son dərəcə təhlükəsiz və etibarlıdır” | Banco.az

“Litecoin son dərəcə təhlükəsiz və etibarlıdır”

Yaxın vaxtda crypto51.app adlı internet səhifəsi tərəfindən aparılan araşdırma bir çox kriptovalyuta həvəskarının diqqətini çəkdi. Müvafiq mənbələrdən lazımi məlumatları əldə edən “Crypto51” qrupu fərqli blockchainlər üzərində bir saatlıq 51% hücumunun orta xərcini hesablamışdı.

Litecoin-in təsisçisi Çarli Li yazdığı “tweet”-də bu araşdırmanı dəyərləndirib. “Crypto51”-in araşdırması və araşdırmanın təqdim etdiyi fərqli hash nisbəti qrafiklərinə əsaslanaraq açıqlamalar verən Li Litecoin-in yüksək keyfiyyətli təhlükəsiz və sağlam mədənçilik imkanları təmin etdiyini sübut etməyə çalışıb.

“Crypto51”-ə görə, bu hücum bir mədənçinin blockchain şəbəkəsindəki əməliyyatçı gücünün 50%-dən çoxuna sahib olduğu zaman baş verir.

“Son vaxtlardakı 51% hücumlarının və http://crypto51.app saytının təqdim etdiyi məlumatların xaricində Litecoin-in son dərəcə təhlükəsiz və mədənçiliyinin də sağlam olduğunu söyləyə bilərik”.

– Hovuzlar yaxşı paylanma nisbətinə malikdir (ən böyük 22%).

– Hart 50 dəfə artıb (son 1 ildə)

– Hücum reallaşdırılması üçün yüksək xərclər tələb olunur

Çarli Li tərəfindən paylaşılan qrafiklər isə bunlardır:

LTC-nin Hash Rate paylaşımı

Ən sərfəli kredit üçün müraciət et

LTC Qiymət və Mədənçilik statistikaları

LTC Hashrate Tarixi Diaqramı

“Twitter” istifadəçisi Koud Vibs bunları bildirib:

“Son dövrdə LTC ilə bağlı narahatlıq yaradan səbəb yoxdur. “Nasdaq” da onu dəstəkləyir. Yalnız inqilabi texnologiyanın bir parçası olmağın dadını çıxarın”.

Son gün kriptovalyuta bazarında canlanma yaşandı. Litecoin 120 dollarlıq qiyməti və 6,854 milyard dollar bazar həcmi ilə kriptovalyutalar arasında 6-cı pillədə qərarlaşıb. Son 24 saatda 7,38% dəyər qazanıb.

Kriptovalyuta bazarı ayı bazarının təsirinə məruz qalıbmış kimiydi. Ancaq hazırda yüksəlişlər baş verir.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az