Lisenziya alan elektron pul təşkilatları nə iş görür? | Banco.az

Lisenziya alan elektron pul təşkilatları nə iş görür?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatlarının lisenziyalaşdırılmasını davam etdirir. AMB-dən  verilən məlumata görə, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. 

Banco.az xəbər verir ki, Azərbaycanda elektron pul təşkilatlarının fəaliyyətini tənzimlətən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun ötən ilin iyulunda təsdiqlənib.

Qanuna əsasən elektron pul - qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti hesab olunur. Xarici elektron pul təşkilatları da qanunda nəzərdə tutulan qaydada qeydiyyatdan keçdikdən sonra Azərbaycan ərazisində elektron pul emissiyasını həyata keçirə bilər.  

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki,  dünyanın bir çox mərkəzi banklarında elektron pulla bağlı pilot layihələr həyata keçirirlər.

Bəs elektron pulla kriptovalyuta arasında fərq nədir? Natiq Cəfərli vurğulayıb ki, bu kriptovalyuta deyil:

Ən sərfəli kredit üçün müraciət et

“Kriptovalyutanın əsas özəlliyi və üstünlüyü odur ki, heç bir mərkəz tərəfindən nəzarət olunmur. Ancaq blokçeyn vasitəsilə nəzarətsiz şəkildə dövriyyədədir. Amma mərkəzi banklar, rəqəmsal valyuta buraxsalar, bu indiki valyutanın rəqəmsal forması olacaq. Yəni dəyişən bir şey yoxdur. 
Dünyada bir neçə Mərkəzi Bank bununla bağlı cəhd ediblər. Azərbaycan Mərkəzi Bankı bu trendə uyğun davranmağa çalışır. Düşünmürəm ki, yaxın zamanda nəticələrini görə bilərik”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et