Mövzu investisiyaya gəldikdə, analiz etmək hər zaman faydalıdır. Çünki şirkətin maliyyə hesabatlarındakı çoxsaylı rəqəmlərdən qarşıdakı investor qorxa bilər, buna görə də narahatçılıq keçirə biləcək. Lakin düzgün analiz etməklə, bu ədədlərlə daha yaxşı işləyə bilərik.
Bu məqalədə, maliyyə hesabatındakı məlumatların riskli yoxsa risksiz olmasını, şirkətin və ya müəssisənin uzun müddətli sağ qalıb-qalmayacağını dəqiqləşdirə bilərik. Ümumiyyətlə qeyd edək ki, maliyyə əmsalları bir neçə qrupa bölünür: likvidlik əmsalları, gəlirlilik əmsalları, borc əmsalları, əməliyyat vəziyyəti əmsalları, pul axını indikatoru əmsalları, investisiya əmsalları. Bunların hər birini burda izahını qeyd edəcəyik. Əmsalları ana dilimizə tərcümə etmək sizə faydalı olmayacaq, ona görə də adlarını xarici dildə verəcəyik.
Bu gün likvidlik və gəlirlilik əmsalları ilə tanış olacayıq.
- Likvidlik əmsalları
1) Current ratio
Current ratio ana dilimzdə cari əmsal deməkdir. Bu əmsal şirkətin qısa müddətli borclarının hazırki aktivləri ilə qarşılana bilib-bilməyəcəyini göstərir. Şirkətin cari aktivlərini cari öhdəliklərə bölməklə müəyyən edirik.
Current ratio=Current assets/Current liabilities
2) Quick ratio
Quick ratio cari öhdəlikləri qarşılamaq üçün istifadə olunan ən çox likvid hesab olunan cari aktivlərin səviyyəsini göstərir. Quick ratio current ratiodan daha tutucudur və ona görə ki ona ehtiyyatlar və digər cari aktivlər daxil edilmir. Hesablanma qaydası isə belədir, (pul vəsaitlərinin ekvivalentləri+bazar qiymətli kağızlar+debitor borclar) bölünsün cari öhdəliklər.
Quick ratio=(Cash equivalents + marketable securities + accounts receivables)/current liabilities
3) Cash ratio
Cash ratio şirkətin likvidliyini və qısa müddətli öhdəliklərini ölçmək üçün bir göstəricidir. Hesablanması isə (pul vəsaitlərinin ekvivalentləri+bazar qiymətli kağızlar) bölünsün cari öhdəliklərdir.
Cash ratio=(cash + marketable securities)/current liabilities
4) Cash conversion cycle
Cash conversion əməliyyatlarının istehsalında və satış prosesində şirkətin nağd pulunun əldə edildiyi günlərin sayını və kreditorların ödəmə şərtlərindən əldə etdiyi faydanı ölçür. Bu əmsal nə qədər az olarsa, şirkətin işlək kapitalı da (working capital) o qədər likvid olar.
Cash conversion cylce = (Days inventory outstanding + days sales outstanding) – days payables outstanding
- Gəlirlilik indikatoru əmsalları
1) Profit Margin Analysis
Dörd cür mənfəət marjası analizi vardır, gəlir onlarla tanış olaq.
1.1 Gross Profit Magrin (ümumi mənfəət marjası)
Hesablanma qaydası ümumi mənfəəti gəlirə (xalis satışlara ) bölməklə əldə edirik.
Gross profit margin = Gross profit/Revenue (Net sales)
1.2 Operating Profit Margin (Əməliyayt mənfəəti marjası)
Hesablanma qaydası əməliyyat mənfəətini gəlirə (xalis satışlara) bölürük.
Operating Profit Margin = Operating Profit/Revenue (Net sales)
1.3 PreTax profit Margin (Mənfəətdən ödənilən vergi marjası)
Hesablanması mənfəətdən ödənilən verginin gəlirə (xalis satışlara) bölürük.
PreTax profit Margin = PreTax Profit/Revenue (Net sales)
1.4 Net Profit Margin (Xalis mənfəət marjası)
Hesablanması isə xalis gəliri gəlirə (xalis satışlara) bölürük.
Net Profit Margin = Net income/Revenue (Net sales)
2) Effective Tax Rate (Effektiv vergi dərəcəsi)
Hesablanması gəlir vergisinə çəkilən xərcin vergidən əvvəlki gəlirə bölünməsi kimidir.
Effective Tax rate = İncome Tax Expense/PreTax income
3) Return on Assets (ROA əmsalı)
Bu əmsal şirkətin bir vahid aktivinə düşən gəliri göstərir. Yənu şirkətin hər hansı bir ədəd aktivi satılsaydı nə qədər gəlir əldə edilərdi. Hesablanması xalis gəliri aktivlərin ədədi ortasına bölməklə əldə edirik.
ROA = Net income/ Average Total Assets
4) Return on Equity (ROE əmsalı)
Bu əmsal isə şirkətin kapitalının gəlirlərində dəyərini göstərir, yəni bir vahid kapitala düşən mənfəəti əks etdirir. Hesablanması xalis gəliri kapitalın ədədi ortasına bölməklə əldə edirik.
ROE = Net income/Average Shareholders' Equity
5) Return on Capital Employed
Yuxarıdakı əmsal şirkətin kapitalının nə qədər davamlı olduğunu və işləkliyini bildirir. Hesablanma qaydası aşağıdakı kimidir.
Capital Employed = Borc öhdəliklərinin ədədi ortası+ Səhmdar kapitalının ədədi ortası
Return on Capital Employed = Faiz ödənişləri və vergidən əvvəlki gəlir bölünsün Capital employed
ROCE = Earnings before interest and taxes/Capital Employed
Xəzər Aslanov. Banco.az