Kütləvi e-mail ünvanlarının sındırılması faktı aşkarlanıb | Banco.az

Kütləvi e-mail ünvanlarının sındırılması faktı aşkarlanıb

Amerikalı kiber təhlükəsizlik üzrə mütəxəssis internetdə sındırılan elektron poçt və parollardan ibarət baza aşkarlayıb. Bazada minimum olaraq 773 milyon elektron poçt və 21 milyon parol göstərilib.

Bu zamana qədər kütləvi olaraq sındırılan e-mail ünvanlardan ibarət baza Yahoo! platformasına məxsusdur. 1 milyard platforma istifadəçinin e-mail ünvanları dələduzlar tərəfindən sındırılmasına baxmayaraq, ictimaiyyətə bu günə qədər sızdırılmamışdır.

Kibertəhlükəsizlik tarixində, kütləvi e-mail sındırılması bazası olaraq ikinci yerdə Collection #1 qərarlaşıb. Bazaya ümumi olaraq 2,7 milyard e-mail daxil olsada, təkrar silinəndən sonra bu rəqəm 772,9 milyon e-mail və 21 milyon unikal şifrədən ibarət olub.

Collection #1 kibertəhlükəsizlik üzrə mütəxəssis Troy Xant tərəfindən aşkarlanmışdır. O Have I Been Pwned servisinin yaradıcısıdır. Qeyd edək ki, unikal servislərdən biri sayılan Have I Been Pwned – böyük miqyaslı hack edilən e-mail, şifrə bazasından ibarətdir. Servisə daxil olaraq, e-mail ünvanınızın təhlükəsizliyini yoxlaya bilərsiniz.

Collection #1 gəldikdə isə baza 12 min fayl və 87 GB həcmə malikdir. Qovluğ keçən həftə amerikanın Mega adlı bulud serverində yerləşdirilmişdir. Qeyd edək ki, məlumatlar pulsuz əldə edilə biləcək şəkildə paylaşılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyalı kibertəhlükəsizlik mütəxəssisləri əslində bazanın daha da, böyük olduğunu təmin edirlər. Belə ki, xaker forumlarının birində, həcmi 1 terrabayt olan 6 qovluqdan ibarət bazanın yüklənilməsindən danışılıb. Bu halda Collection #1 bazanın yalnız bir hissəsidir. Yerləşdirilən məlumatlar, artıq istifadə edilən və illər ərzində yığılıb. Lakin bazada eyni zamanda “kombo” adlı yetəri qədər qeydlər var.  Bu qeydlər adətən bir-birinə bağlı olan e-mail ünvanlarının müəyyənləşdirilməsi məqsədi ilə istifadə edilir.

Have I Been Pwned servisindən istifadə edərək sizdə e-mail ünvanınızı Collection #1 bazasında axtara bilərsiniz. E-mail ünvanınızın sızdırıldığını aşkarladığınız zaman Wired agentliyi elektron təhlükəsizliyinizi qorunması üçün  Password Manager tətbiqindən yararlanmağı məsləhət görür. Şifrənizi yeniləyərək, unikal rəqəm kombinasiya sayəsində e-mail ünvanınızın təhlükəsizliyini təmin etmiş olacaqsınız.

Həmçinin oxu: Email yazışmalarımızda buraxdığımız bəsit səhvlər

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et