Kristin Laqard həbs edilə bilər | Banco.az

Kristin Laqard həbs edilə bilər

Kristin Laqard 400 milyon avroluq kompensasiyanın ödənilməsinə göz yumub.

Beynəlxalq Valyuta Fondunun rəhbəri məhkəmə qarşısına çıxacaq. Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  dünyanın aparıcı maliyyə başbilənlərindən sayılan Kristin Laqarda qarşı “vəzifə başında səhlənkarlıq” maddəsi ilə cinayət işi açılıb.

Xanım Laqard 2008-ci ildə Fransada Sarkozinin hökümətində maliyyə naziri vəzifəsində olan zaman, məhkəmə mübahisəsinin biznesmen Bernard Tapyenin xeyrinə başa çatmasına və ona 400 milyon avroluq kompensasiyanın ödənilməsinə göz yumub.

Tapye 2007-ci ildə prezident seçkilərində Sarkoziyə maliyyə dəstəyi göstərib. "Adidas"ın əsas səhmdarı olan Tapye kabinet naziri seçilmək üçün və iri borclarını ödəmək üçün 1993-cü ildə şirkətdəki payını satmağa qərar verib.

Bu əqd həmin vaxt dövlətin balansında olan Kredit Lion bankının vasitəçiliyi ilə həyata keçirilib. Habelə alqı-satqıda aldadıldığını və səhmlərin süni şəkildə ucuzlaşdırıldığını bildirərək, Kredit Lion Bankı məhkəməyə vermişdi.

Ən sərfəli kredit üçün müraciət et

Habelə sonradan Tapye bankın ona qarşı maliyyə fırıldağı işlətdiyindən və qiyməti süni bazar dəyərindən aşağı saldığından şübhələnib və maddi-mənəvi təzminat üçün bankı məhkəməyə verib.

Həmin vaxt Kristin Laqardın başçılıq etdiyi maliyyə nazirliyi həmin mübahisəni 3 münsifdən ibarət arbitraj komissiyasına ötürüb və araşdırmanın yekununda biznesmenin xeyrinə qərar çıxarılıb, maliyyə nazirliyi 2008-ci ildə Tapiyə külli miqdarda kompensasiya ödəyib.

Habelə dekabrın əvvəlində Paris appelyasiya məhkəməsi həmin kompensasiyanın qanunsuz olduğunu müəyyən edərək, Tapiyenin dövlətə həmin məbləği tam həcmdə qaytarmasına dair qərar çıxarıb.

Kristin Laqardın həmin maliyyə maxinasiyasında əli olduğu sübuta yetərsə, onu 15 min avro cərimə və 1 ilə qədər həbs cəzası gözləyə bilər. Laqardın vəkilləri məhkəmə qərarından yuxarı instansiyalar şikayət edəcəklərini bəyan edib.