2018-ci ildə kriptovalyutaların qiymətlərində baş vermiş artıb-azalmalar ona olan tələb və təklifin də dəyişməsinə səbəb olur. Blockchain Capital adlı investisiya bankının etdiyi araşdırmaya görə, dünyada 18 yaşından 34 yaşına qədər olan insanların 30%-i kriptovalyutalara yeni ildə investisiya edəcək. Kriptovalyuat sahəsində peşəkar investorlardan olan Chris Dunn beş il ərzində əldə etdiyi təcrübələr sayəsində bu sektorda fəaliyyət göstərənlərə 50 məsləhət görüb. Banco.az komandası onları sizə təqdim edir.
1) Birja dilində bull market adlandırılan qiymətli kağızların qiymətinin hər gün artdığı və ya qiymətli kağızların qiymətinin qalxacağını gözlədiyimiz birja bazarında bütün investorlar özlərini ağıllı sayırlar. Lakin bu bazarda yalnız sona qədər mübarizə aparmaq yox, eyni zamanda pula çevrilə bilmə qabiliyyəti yüksək olan və bazarda uğurlu olan kriptovalyutaları əldə etmək lazımdır.
2) Adi insanların iki gözü ola bilər, lakin kriptovalyuta sahəsində fəaliyyət göstərənlərin ikidən çox gözü olmalıdır. Bazardakı azalmalar və uğursuzluqlardan qorxmaq lazım deyil. Unutmayın ən çox mənfəəti böhran zamanı əldə etmək olur.
3) Ticarətlə kriptovalyuta sahəsində fəaliyyət göstərməyin çox böyük fərqləri var, bir-birinə qarışdırmamaq lazımdır.
4) Biznesə başlayarkən biznes plan qurduğumuz kimi, kriptovalyuta sahəsində bir fəaliyyət planı qurmalıyıq.
5) Riski və nəğd pulların idarə edilməsi zamanı iki önəmli məsələ vardır. Bunlardan birincisi harada nə qədər pul itirdik, ikincisi isə ən çox mənfəəti harda qazanmışıq.
6) Ani qazanclardan çəkinin, sizə bu yolu təklif edən mütəxəssislərdən uzaq durun.
7) Başqalarının söyləntilərini qulaq ardına vurun, öz planınıza güvənib ona uyğun hərəkət edin.
8) Nə qədər çox pul qazana bilsəz, o qədər digər bazarlara girmə şanınız artar. Bu sahədə faəliyyət göstərən insanların 95%-i ilk zamanlarda pul itirir. Bu bir oyundur, siz isə ən yaxşı oyunçusunuz. Nəyi özünüzə faydalı görürsünüzə onu edin.
9) Kriptovalyutalar gündəlik ticarətlə məşğul olmaq üçün ən yaxşı yoldur – Bu səhvdir!
10) Hər hansı bazarda pul qazanmanın ən yaxşı yolu özünün böyük bir potensiala sahib olduğuna inanmaq və cəmiyyəti də buna inandırmaqdır. İnvestor başa düşməlidir ki, o qoyduğu sərmayənin 100%-ni də itirə bilər. Bunu başa düşən investorlara biznes mələyi deyirlər.
11) Unutma, bazar sənin deyil. Sənin olan mənfəətin, zərərin və qarşına çıxan fürsətlərdir.
12) Analiz hər zaman yaxşıdır. Əgər bir investor texniki analizi bacarırsa, o öz bazarında hələ çox qalacaq.
13) Xəbərlərə önəm verin, sosial şəbəkələrdəki xəbərləri daima izləyin.
14) Bütün maliyyə şəbəkə marketinqi piramida və onun nöqtələrini yaradır.
15) Əgər siz böyük miqdarda pul qazanmısınızsa, həyatınızı dəyişdirin və 30 gün ərzində heç nə etməyin.
16) Ticarət heç bir zaman nə minimumu əldə etmək deyil, nə də maksimuma çatmaq. Ticarət trendlərin doğru istiqamətini müəyyənləşdirməkdir.
17) Kiçik bir zərəri böyük bir investisiya itkisinə çevirməyin.
18) Bazarda uzun müddət necə uğurlu ola biləcəyinizi öyrənin.
19) Qrafiklərdə ən vacib detallar qiymətlərdə və həcmdə baş verən dəyişiklərdir. Başqa vasitələrdən də istifadə edə bilərsiniz, amma bu sizi uğurlu bir treyder edəcəyi barədə fikirləşmirəm.
20) Trendlərin içərisində görə bilmədiyimiz vacib məlumatlar çox ola bilər.
21) Əməliyyatlar üçün mükəmməl bazarlar tapmağa çalışmayın, siz tapana qədər fürsətləri itirə bilərsiniz.
22) Əhəmiyyətli və böyük xəbərlər anında bazarda ticarəti dayandırın, bazarların rekasiyasını təxmin etmək mümkün deyil.
23) Çox hallarda treyderlər üçün ən böyük problem eqoları və daima haqlı olmağa çalışmalarıdır.
24) Siz investisiyanızın yarısını itirmisinizsə, risklərinizi düzgün idarə etməklə hələ də çıxış yolu tapa bilərsiniz.
25) Uğurlu investisiya əldə etmək istəyirsinizsə, yüksək riskə qarşı dayanıqlı olmalısınız.
26) Yalandan analizlərlə qiymətləri yüksəltməyə çalışan insanlardan uzaq gəzinin.
27) Öz qərarlarınıza görə özünüzü mühakimə etməyin, axı siz səhvlərdən də dərs almalısınız
28) Kriptolara bank hesabları kimi davranmayın, yoxsa sonda bir qəpik belə qazana bilməyəcəksiniz.
29) Kriptolar gündə 24 saat, həftədə 7 gün, ildə 365 gün işləyir. Ona görə də siz birini qaçırsaz buna görə peşmaçılıq çəkməyin. Həmişə fərqli ola bilər.
30) Hərtəfəli analiz edilməmiş kriptovalyutalara investisiya etməyin.
31) Zəif kapitalizasiyası və perspektivləri o qədər çox olmayan kriptovalyutalardan (Shitcoin) pul qazana bilərsiniz. Ancaq bunlar uzunmüddətli pullar deyil.
32) Aşağı qiyməti olan koinlərə qarşı ehtiyyatlı olun, onları manipulyasiya etmək olduqca asandır.
33) Bazarda qalmaq üçün saxladığınız pullarla (spekulyativ kapital) ticarət etməyin, onlar sizə bir gün lazım olacaq.
34) Böyük bir ovçu olduğunuzu düşünün, böyük ovlar əldə etmək üçün patonlarınızı ehtiyyatda saxlayın
35) Çox yüksək dəyişkənliklərlə birjada qiymətlər düşə bilər, ona görə də satış zamanı məntiqinizlə hərəkət edin.
36) Ticarət və investisiya sizi qorxudacaq, şübhələnirəcək, acgözlü edəcək
37) Ticarətdə ən çətin olanları etməyi məsləhət görməzdim. Ancaq bəzi hallarda bu doğru addım ola bilər.
38)Bazarın davranışlarına fikir verməyin, o biraz dəlidiir. Siz öz işinizlə məşğul olun.
39) İnvestor kimi düşünün. Əgər fikirlərinizi təsdiqləməyə və etdiyiniz fəaliyyətlər haqqında daima məsləhət almağa çalışırsanız, deməlu kriptovalyuta sahəsi sizin üçün deyil.
40) Bazarlar böyük şarlardan ibarət olduğu üçün sözün məcazi mənasında ölə bilməz. Məsələn, bitcoinin hamı partlayacağını düşünsə də qiymətini birdən-birə qaldırdı.
41) Gündəlik gəlirlərinizi təyin edin amma məqsədlərinizi uzunmüddətli planlaşdırın.
42) İstifadə etdiyiniz qrafikləri başa düşərək seçməyə çalışın. Məsələn mənə görə zaman aralığı az olan diaqramlar nisbətən daha az etibarlıdır. Daha çox zaman aralığında isə, qiymət dəyişiklikləri çox olar lakin qiymətli təxmin etmək çətinləşər. Şəxsən mən gündəlik qrafiklərdən istifadə edirəm.
43) Bazar hər gün hərəkətli olacaq deyə bir qanun yoxdur, bunları bazarın iradəsinə buraxın.
44) Bütün kriptovalyutalar sonda 0%-ə düşəcək bunu investisiya edərkən nəzərə alın.
45) Ticarətdə təkcə maddi yox eyni zamanda mənəvi üsullardan da istifadə edin. Çünki kriptovalyuta sahəsində psixoloji aspekt böyük rol oynayır.
46) Ən yaxşı sahibkarlar və biznesmenlər treyder və investorlardan çıxır.
47) Ticarət zamanı qarşınıza 3 əsas problem çıxacaqdır, birincisi treyderlərin daima bir-biri ilə üz-üzə gəlməsi, bazara girdikdən sonra yaranmış şübhələr, bazarda məqsədlərini müəyyən etməmiş çıxmaq.
48) Bir əməliyyatı etmək üçün üzərində çox çalışın, daima müsbət hadisələrə ümid bəsləməyin. Qarşınızda uzun bir period var. Səbrli olun və uyğun günü gözləyin.
49) Özünüzdən başqa kiməsə etibar etməyin. Bu arenada hər kəs sizin düşməninizdir.
50) Unutmayın, heç bir xəbər sizin maraqlarınıza xidmət göstərmir. Onların da öz maraqları var. Sizə qazanmağa kömək etmək məqsədləri yoxdur.
Xəzər Aslanov. Banco.az
Bu da maraqlıdır:
Birja işində bilməli olduğunuz 15 anlayış
Kriptovalyutalar barəsində saytımızdan ətraflı məlumat əldə edə bilərsiniz.