Kriptovalyuta əməliyyatlarında dünyanın ən aktiv 10 ölkəsi | Banco.az

Kriptovalyuta əməliyyatlarında dünyanın ən aktiv 10 ölkəsi

DataLight tərəfindən dünyanın ən məşhur 10 kriptovalyuta bazarından əldə edilən məlumatlara əsasən, dünyada kriptovalyuta əməliyyatlarının ən aktiv olduğu 10 ölkə yayımlandı.

Kriptovalyuta birjaları 2017-ci ildə Bitcoin'in ağla sığmaz yüksəlişi ilə hərəkətlənməyə başlamış, kripto pul sərmayələri son iki il içində artmışdı. Kriptovalyuta məlumatlarının analiz platforması DataLight, dünyanın ən məşhur 100 kriptovalyuta birjasını araşdıraraq ölkələrə görə kriptovalyuta qoyuluşlarının vəziyyətini ortaya çıxardı.

DataLight-in məlumatlarına görə, ABŞ 22 milyondan çox aylıq mübadiləsi olan ən çox ziyarətçiləri olan ölkədir. Yaponiya 6 milyon ziyarətçi ilə ikinci sırada iştirak edir. Başqa bir Asiya ölkəsi olan Cənubi Koreya ayda 5 milyon 700 min ziyarətçi ilə kripto pul baxımından dünyanın ən aktiv 3-cü ölkəsidir. 

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniya, Rusiya, Braziliya, Almaniya, Vyetnam kimi ölkələr ardıcıllığı davam etdirir. Bu siyahıda Türkiyənin əldə etdiyi nəticə maraqlıdır. Türkiyə aylıq 2 milyon 414 min 148 ziyarətçi ilə dünyada kriptovalyuta hərəkətliliyinin ən yüksək olduğu 9-cu ölkə olaraq diqqət çəkir. Onluğu 2 milyon ilə Kanada tamamlayır.

Pərvanə Aslanova, Banco.az