Ən yüksək bazar həcminə sahib coinlər Bitcoin, Ethereum və Ripple son 24 saat içərisində sürətlə dəyərr itirməkdədirlər.
“Mt. Gox.”-un da bu enişə təsir göstərdiyi deyilir.
“Google” kriptovalyutalarla bağlı reklamları qadağan edəcəyini açıqlayıb.
Rəqəmsal coinlərin bazar həcmi 24 saat ərzində 373 milyard dollardan 310 milyard dollara enib.
Əsas kriptovalyutaların qiyməti kəskin şəkildə aşağı düşür. Enişdə “Google”-un sektorla bağlı reklamları planlarını elan etməsindən yaranan satış təsirləri də ön plana çıxır.
Bazar dəyəri ilə dünyanın ən böyük kriptovalyutası olan Bitcoin “CoinDesk”-in məlumatlarına görə, fevralın 8-dən bu yana ən aşağı səviyyə olan 7.676.52 dollaradək geriləyib. Bitcoin hazırda yenidən 8000 dollardan yuxarı əməliyyat reallaşdırır. Ethereum və Ripple da kəskin amortizasiya yaşayıb.
Enişin səbəbləri
Enişi bir çox amillərlə əlaqələndirmək olar.
2014-cü ildə baş tutan soyğunçuluqdan sonra bağlanan, 850 min civarında Bitcoin-in oğurlanması ilə nəticələnən “Mt. Gox” birası hadisəsində qəyyum yüksək miqdarda Bitcoin satdı və bu da baş veən enişə öz təsirini göstərdi.
Bundan əlavə, “Google” dünən kriptovalyutalar və ICO-larla bağlı reklamları iyun ayından etibarən qadağan edəcəyini açıqlayıb.
“Gatecoin” birjasının əməkdaşı Tomas Qlaksman bunları bildirib:
“Yüksək satışların azalmasına bir neçə amillər var. Bunlar arasında ICO-lara gətiriləcək sanksiyalar, “Mt. Gox” Bitcoin “dump” reallığı və “Google”-un yaratdığı təsir də var.
İnvestorla son hadisələrdən sonra zərərlərini minimuma endirməyə çalışırlar”.
Tənzimləyicilərin məngənəsi
Kriptovalyutalar son vaxtlar tənzimləyicilərin də cənginə ilişib. Amerika Müddətli Əməliyyatlar Komissiyası (CFTC) “Bitfinex” və “Tether”-in spekulyativ əlaqəsini mühakimə etmişdi.
İngiltərənin mərkəzi bankının rəhbəri Mark Karni kriptovalyutalara dair daha geniş tənzimləmələrin aparılmasının vacibliyini bəyan edib. Bu ayın əvvəlində Yaponiyada kriptovalyuta birjalarına qeyri-qanuni hərəkətlərinə görə cəza verilmişdi.
Qlobal səviyyədə yaşanan bu kriptovalyutaların sistemə oturma prosesi hazırda qiymətlərə mənfi təsir göstərir.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.