Kriptovalyuta bazarı “dirilir” - Metaversə inteqrasiya nə vəd edir? | Banco.az

Kriptovalyuta bazarı “dirilir” - Metaversə inteqrasiya nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ-dəki seçkilərin yaxınlaşması ilə bitcoin iyun ayından bəri ilk dəfə 71,310 dollar səviyyəsini aşıb.

Bu  kriptovalyuta 2 faizdən çox bahalaşaraq diqqət çəkib. Eyni zamanda, "Ether" və "Dogecoin" da müvafiq olaraq 4 faiz artım göstərərək kriptovalyuta bazarındakı yüksəlişin əlamətləri arasında yer aldı.

Məlumata görə, treyderlər, ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, bitcoinin noyabrın sonuna qədər 80,000 dollar səviyyəsinə çatacağına dair mərcləri artırıblar. Noyabrın 5-də keçiriləcək seçki günü ətrafında isə qeyri-sabitliyin artması gözlənilir.

Bu barədə Banco.az-a açıqlama verəb səhm və kripto bazarı üzrə ekspert Orxan Qasımov, Veb 3 və DeFi tətbiqlərinin daha geniş istifadəsinin gözlənildiyini bildirib. O, kriptovalyutaların enerji istehsalına təsirini vurğulayaraq və yaşıl enerji məsələləri ilə bağlı tənqidlərin artdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Eskpert düşünür ki,  2025-ci ildə Metaversdən daha geniş istifadə ediləcək:

“Bu, kriptovalyutaların Metavers ilə inteqrasiyasına da təsir edəcək. Kriptovalyuta bazarı üçün yeni imkanlar yaransa da, risklər də qaçılmazdır.

Kriptovalyutalara yatırım etmədən əvvəl mütləq öyrənməyə və bazarın dinamikalarını anlamağa diqqət yetirmək lazımdır.  Yaxşı olardı, yatırım edənlər kiçik məbləğlərlə bu işlərə başlasınlar. Hətta  mütəxəssis kurslarından faydalanmağı da tövsiyə edirəm. Çünki kriptovalyuta bazarı təhlükəli ola bilər, bilmədən yatırım etmək zərərlə üzləşməyə səbəb ola bilər.”