Kripto bankomatların (ATM) sayı nə qədərdir?– May 2020 | Banco.az

Kripto bankomatların (ATM) sayı nə qədərdir?– May 2020

CoinATMradar.com-ın 01.06.2020 tarixinə olan məlumatına əsasən dünyada 7.905 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 65%-də kriptovalyutaları yalnız almaq, 35%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin, 67.7%-i Litecoin, 62.7%-i Ethereum, 34.3%-i Bitcoin Cash, 20.2%-i Dash, 2.5% Monero dəstəkləyir.

Bankomatların 74.7%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 5994, Kanada- 776, Böyük Britaniya- 269, Avstriya- 151, İsveçrə-75, İspaniya-82, Çexiya-64, İtaliya-59 və s.

Kripto bankomantların sayı illər üzrə:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2028 ədəd
  • 2018-ci il – 4109 ədəd
  • 2019-cu il – 6387 ədəd.

    Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (34.4%), General Bytes (30.6%) və BitAccess (9.7%) ümumi bazarın 74.7%-nə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram