Qərb bankları Krım qeydiyyatında olan insanlardan köçürmələri qəbul etməkdən imtina edirlər.
Banco.az saytı rbc.ru xəbər portalına istinadən məlumat verir.
“Əgər şəxsiyyəti təsdiq edən sənəddə Krım qeyd olunubsa, xarici banklar pul köçürməsini qəbul etməyəcəklər” – deyə rusiyanın ödəmə sisteminin nümayəndəsi “Ведомости” qəzetinə bildirib.
Məlumatı Rusiya Bankının mətbuat mənbələri də təsdiqləyir.
Rusiyanın digər regionlarından Krıma pul köçürmək mümkündür, yalnız Krımdan mümkün deyil - deyə Krım bankından nümayəndə də bu xəbəri inkar etməyib. “Səbəb olaraq isə bank qaydalarına əsasən qəbul edənin yox, göndərənin regionunun qeyd olunmasının vacibliyi bildirilib. ”
Deutch Bank imtinanın səbəbləri barədə şərh verməyib. Lakin bankın daxili instruksiyalarına əsaslanaraq, göndərəninin və ya alanının Krımla əlaqəsi olan pul köçürmələrinin həyata keçirilməsinə icazə verilmədiyi bildirib.
Bəs bununla bağlı banklar hansı addım atır?
Bu tip imtinalardan yayınmaq üçün göndərişin şərhində alanın və ya göndərənin Krım vətəndaşı olduğu qeyd olunmur. Yalnız bu halda imtinadan yayınmaq mümkündür. Əks halda şərhi gördükləri an köçürməni ləğv edərlər.
Müəllif: Fidan Maqbet qızı