Kreditlər manatda artıb, xarici valyutada azalıb | Banco.az

Kreditlər manatda artıb, xarici valyutada azalıb

Kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində 661,1 milyon manat, İyun ayı ilə müqayisədə İyul ayında isə 198,8 milyon manat artaraq 1 Avqust 2019-cu il tarixində 13 milyard 681.4 milyon manata çatıb.

Kredit təşkilatlarının 13 milyard 681.4 milyon manatlıq kredit qoyuluşlarının 8 milyard 944.1 milyon manatını və ya 65,4%-ni manat kreditləri (milli valyutada kreditlər), 4 milyard 737.3 milyon manatını və ya 34,6%-ni xarici valyuta kreditləri təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvarında dollar kreditləri 11 milyard manatdan çox idi. 

Milli valyutada kreditlərin 5,5%-nin və ya 755.4 milyon manatının, xarici valyutada kreditlərin isə 15,5%-nin və ya 732 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).

 

2018-ci ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində Manat kreditləri 870,6 milyon manat artıb, xarici valyutada kreditlər isə 209,4 milyon manat azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İyun ayı ilə müqayisədə İyul ayında isə Manat kreditləri 226 milyon manat artıb, xarici valyutada kreditlər isə 27,2 milyon manat azalıb.

Milli valyutadakı kreditlərin 16,9%-i və ya 1 milyard 508.4 milyon manatı qısamüddətli, 83,1%-i və ya 7 milyard 435.7 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.

Xarici valyutada kreditlərin isə 22,4%-ni və ya 1 milyard 60.3 milyon manatını qısamüddətli, 77,6%-ni və ya 3 milyard 677 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.

Vaxtı keçmiş kreditlərin böyük hissəsi uzunmüddətli kreditlər ilə bağlıdır.

Qeyd edək ki, fiziki şəxslərin banklarda xarici valyutada 4 milyard 835 milyon manat əmanətləri var. Bu xarici valyutadakı əmanətlərin 3 milyard 14 milyon manatı müddətli əmanətlərdir. Kredit təşkilatlarının xarici valyutada kredit qoyuluşları (4 milyard 737.3 milyon manat) xarici valyutadakı əmanətlərdən azdır.

Marja