Kreditə görə ödəniş qrafikini necə dəyişməli | Banco.az

Kreditə görə ödəniş qrafikini necə dəyişməli

Biz kredit müqaviləsi imzaladıqda, bizə ödəniş qrafiki verirlər. Həmin andan etibarən öhdəlik bitənəcən, hər ayın müəyyən gününə qədər borcalan banka müəyyənləşdirilmiş miqdarda vəsait ödəməlidir. Müqaviləni imzalayarkən düşünürük ki, qrafik bizə çox uyğun və rahatdır. Ödəmə tarixi ayın sonuna təsadüf edir, elə biz də əmək haqqını təqribən o vaxt alırıq. Bankın flialılı da iş yerinin iki addımlığındadır. Amma həyat dəyişikliklərlə doludur. Məsələn, siz işinizi dəyişə, başqa bir bölməyə təyinat ala bilərsiniz. Əməkhaqqınızı aldığınız tarix və saatlar da dəyişilə bilər. Məsələn əmək haqqı hesabınıza saat 5-dən sonra köçürülür və siz artıq həmin günü itirmiş olursunuz. Bankın ofisi başqa binaya köçürülə bilər və ya sizin ofis öz yerini dəyişə bilər. Bu yaxınlarda mənim başıma belə bir iş gəlib, əvvəl tez-tez getdiyim bank filialı indi fiziki şəxslərə deyil, yalnız korporativ müştərilərə xidmət göstərir və orada artıq kredit ödənişi etmək mümkün deyil. Həyat dəyişikliklərdən sığortalı deyil.

Həmçinin dəyişmək ehtimalı hər zaman yüksəkdir,  həyatın ritmi sürətlidir. Hər şey anidən dəyişir, borclar isə uzun müddətə rəsmiləşdirilir, bir qayda olaraq bir neçə illiyə.  Mövcud ödəniş qrafikinin müəyyən müddət ötdükdən sonra sizin üçün əlverişsiz olması variantı kifayət qədər gerçəkdir. Ona görə də ödəniş qrafikini necə dəyişməyi bilmək hər bir borcalana maraqlı faydalı olacaq.

Əsas odur ki, qrafikin dəyişməyin mümkün olduğunu biləsiniz. Bundan ötrü banka yazılı ərizə ilə müraciət etməlisiniz. Yaxşı olar ki, məhz krediti götürdüyünüz filial və şöbəyə yaxınlaşasınız.

Ən sərfəli kredit üçün müraciət et

Ərizədə sizi qrafiki dəyişməyə vadar edən səbəbləri qeyd etməyiniz tələb olunacaq. Dedikləriniz, sadəcə “söz” xətrinə yazılmış kimi olmasın deyə, ərizəyə bəzi sənədləri əlavə etməli olacaqsınız. Məsələn, işdən çıxmısınızsa, bu iş yerindən arayış ola bilər. Əgər əmək haqqınızın ödəniş tarixləri dəyişibsə, siz çalışdığınız şirkətin mühasibatlığına müraciət edərək, bunu təsdiq edən sənəd istəyə bilərsiniz. Arayışların sayı nə qədər çox olsa, o qədər yaxşı olar. Amma yalnız məsələyə aidiyyəti olan sənədləri əlavə etmək olar. Banklar bir qayda olaraq, müştərinin istəyi ilə razılaşır. Çünki nəticə etibarı ilə onlar müştəridir və banklar da müştərilərini itirmək istəməz.

Amma digər tərəfdən müqavilə hüquqi əhəmiyyətə malik sənəddir qanuna ziddiyyəti yoxdur. Ödəniş qrafiki ilə də siz razı olmusunuz, sizi məcbur edən olmayıb. Bir qayda olaraq, imtina səbəblər borcalanın özünün davranışı ilə bağlı olur. Əgər siz gecikmələrə yol verməmisinizsə, onda bank sizə güzəştə gedəcək. Amma siz mütəmadi olaraq, gecikmələr etmisinizsə, onda çox güman ki, kredit təşkilatı sizi məhkəməyə verməklə hədələyəcək, nəinki ödəniş qrafikini dəyişmək.

Digər tərəfdən əgər gecikmələr təzəlikcə yaranıbsa və onlar məhz ərizədə göstərilən səbəblərdən qaynaqlarınsa, onda mütləq bankı razı salmağa çalışmaq lazımdır. Əgər siz öz sözlərinizi təsdiqləyə bilsəniz və hər şeyi Sizə lazım olan şəkildə təqdim edə bilsəniz, uğur qazanmaq şansları olduqca yüksəkdir.