Kredit zəmanət mexanizmi çərçivəsində verilmiş kreditlərin və subsidiyanın məbləği açıqlandı | Banco.az

Kredit zəmanət mexanizmi çərçivəsində verilmiş kreditlərin və subsidiyanın məbləği açıqlandı

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 milyon manat məbləğində sahibkarlıq kreditləri verilib

Qeyd edilib ki, mexanizmin tətbiqi ilə bağlı görülən tədbirlər nəticəsində sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı 13 müvəkkil bankla müvafiq müqavilələr bağlanılıb, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya banklarını Fondun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq etmək üçün müvafiq tədbirlər həyata keçirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə, Fondun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 milyon manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 milyon manata çatıb.

Marja