Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında könüllü sığorta növlərinin hesabına 618 milyon 920 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 125 milyon 235 min manat və ya 25,4% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 53,8 milyon manat və ya 24,4% artaraq 274 milyon 138 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!