Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına əsasən, 2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri 265,3 milyon manat məbləğində sığorta haqqı toplayıblar. Bu dövrdə şirkətlərin ödənişləri 66,7 milyon manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar 176,2 milyon manat, ödənişlər isə 43,4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89,1 milyon manat, ödənişlər isə 23,3 milyon manat olub.
Yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66 faizi könüllü, 34 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65 faizi könüllü, 35 faizi icbari sığorta növləri hesabına formalaşıb.
Qeyd olunan dövr ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Cədvəllərlə buradan tanış ola bilərsiniz:
https://www.fimsa.az/az/2019