Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 285 milyon 604 min manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,5% artaraq 137 milyon 328 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 109 milyon 988 min manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.
İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,3% artaraq 44 milyon 644 min manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyul aylarında 32,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,6 manatdan 32,5 manata qalxıb.
Marja