Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu bilin birinci yarısında könüllü həyat sığortası növlərinin hesabına 357 milyon 728 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 68 milyon 946 min manat və ya 23.9% çoxdur.
Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin yanvar-iyun aylarına nisbətdə 105 milyon 815 min manat və ya 83.1% artaraq 233 milyon 93 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!