Müəllif: Tamara Mustafayeva, Banco.az
2009-cu ildəki ilk filmindən bəri geniş tamaşaçı auditoriyasına sahib “Avatar” filminin ikincisi nəhayət ki, nümayiş olunub. Dərhal dünyanın ən yüksək büdcəli filmlərindən birinə çevrilən “Avatar”ı geridə qoyanlar da az deyil. Odur ki, elə bu minvalda kino sənayesinin ən bahalı filmini öyrənmək yerinə düşərdi.
Banco.az indiyədək dünya kinostudiolarının ərsəyə gətirdiyi ən bahalı filmlərin 10-luğunu təqdim edir.
10) Con Karter (2012)
264 milyon dollar
Ən bahalı filmlər siyahısına 10-cu yerdən daxil olan “Con Karter” indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biri olmaqla yanaşı, eyni zamanda ən böyük kassa uğursuzluqlarından biri kimi də tarixə düşüb.
Bu elmi-fantastik dastan 264 milyon dollar büdcədən istifadə edilməklə çəkilsə də, ölkə daxilində cəmi 73 milyon dollar gəlir əldə edib. Filmin yaradıcısı “Disney” isə “Con Karter”in tam franşizasını çəkməyi planlaşdırdığı üçün filmin kassada belə aşağı performans göstərəcəyini gözləmirdi.
9) Ulduz Müharibələri: Skayvolkerin yüksəlişi (2019)
275 milyon dollar
“Ulduz Müharibələri” silsiləsinin davamı və trilogiyanın ən bahalı filmi olan “Ulduz Müharibələri: Skayvolkerin Yüksəlişi” eyni zamanda trilogiyanın ən aşağı gəlirli filmi olub. 300 milyon dollar xalis gəlir əldə etməyi bacaran film bununla belə, 2019-cu ilin ən çox gəlir gətirən filmlərindən biridir.
Filmin istehsalı və marketinqinə 275 milyon dollar sərmayə qoyulub. Onu da qeyd edək ki, “Ulduz Müharibələri: Skayvolkerin Yüksəlişi” Kovid-19 pandemiyasından əvvəl 1 milyard dolları keçən sonuncu film idi.
8) Solo: Ulduz Döyüşləri Hekayəsi (2018)
275 milyon dollar
"Lucasfilm" tərəfindən istehsal olunan və yayım hüquqları "Walt Disney Studios Motion Pictures"ə məxsus olan ABŞ kosmik vestern filmi “Solo” dünya üzrə 393,2 milyon dollar gəlir əldə edib. Bu rəqəm Ulduz müharibələri: Sonuncu ceday (2017) filminin 1333 milyard dollarlıq kassa gəlirindən xeyli aşağıdır. Odur ki, "Solo" filminin kassa uğursuzluğu səbəbindən “Lucasfilm” antologiya filmlərindən uzaqlaşdı və diqqətini “Disney+” seriallarına yönəltdi.
7) Ədalət Liqası (2017)
300 milyon dollar
“Ədalət Liqası” yüksək istehsal büdcəsinin qlobal uğur demək olmadığını sübut edən başqa bir film kimi diqqəti cəlb edir. Çox gözlənilən filmin istehsalı 300 milyon dollara başa gəldi və nəticədə “Warner Bros.” gəlir itkisi ilə üzləşməli oldu.
6) Karib dənizinin quldurları: Dünyanın sonunda (2007)
300 milyon dollar
300 milyon dollara başa gələn “Karib dənizinin quldurları” franşizasının üçüncü filmi 960 milyon dollardan çox gəlir əldə edərək 2007-ci ilin ən çox gəlir gətirən filmi olub.
5) Qisasçılar: Sonsuzluq Müharibəsi (2018)
325 milyon dollar
“Qisasçılar: Sonsuzluq Müharibəsi”nin dünya miqyasında 2 milyard dolları keçən ilk superqəhrəman filmi olduğunu nəzərə alsaq, bu istehsal üçün 325 milyon dollarlıq büdcədən istifadənin heç də əbəs olmadığını söyləmək olar.
4) Avatar: Suyun Yolu (2022)
350-400 milyon dollar
“Avatar: Suyun Yolu” Ceyms Kemeronun 2009-cu ildə çəkdiyi “Avatar” filminin çoxdan gözlənilən davamıdır. İlk film kimi bu film də böyük büdcəyə malikdir. İlkin hesablamalar 250 milyon dollar olsa da, son hesabatlar faktiki ümumi məbləğin 350-400 milyon dollar arasında olduğunu göstərir.
3) Qisasçılar: Final (2019)
356 milyon dollar
356 milyon dollarlıq büdcəyə sahib film dünya üzrə 2,798 milyard dollar gəlir əldə edib.
2) Qisasçılar: Altron dövrü (2015)
365 milyon dollar
İndiyə qədər çəkilmiş ikinci ən bahalı film "Qisasçılar: Altron dövrü" olub. Bütün dünyaya yayılan çəkiliş yerləri və çoxsaylı xüsusi effektləri ilə filmin büdcəsi 360 milyon dollardan çoxdur. Film 2015-ci ilin ən çox gəlir gətirən dördüncü filmidir.
1) Karib dənizinin quldurları: Qərib dalğalarda (2011)
379 milyon dollar
Filmin bu qədər baha olmasının səbəbi çəkiliş yerlərinin çoxluğu, “Avatar”da istifadə olunanlara bənzər 3D kameraların istifadəsi və geniş vizual effektlər üzərində cəmi on şirkətlə işləməkdir.
Həmçinin oxu: Soyuq qış günlərində ürəyinizi isidəcək Milad filmləri
Bizi sosial şəbəkələrdən izləyin!!