Kiçik, orta və iri biznes kreditləri üzrə erkən xəbərdarlıq sisteminin qurulması (red flag) | Banco.az

Kiçik, orta və iri biznes kreditləri üzrə erkən xəbərdarlıq sisteminin qurulması (red flag)

Müəllif: Ramal Əhmədov

Hal-hazırda ölkəmizdəki banklarda risklərin idarə edilməsi siyasəti demək olar ki, eynidir. Risklərin idarə edilməsinin təməl prinsipləri riskin müəyyənləşdirilməsi, təhlili ,ölçülməsi, idarə edilməsi, monitorinqi və hesabatlığını əhatə edən proseslərdir. Ən çox müzakirə olunan risk növlərindən biri də kredit riskidir.  

Banklarda kredit riskləri müəyyən edilməsi və idarə edilməsi üçün sahibkarın müraciəti zamanı ilkin təhlil prosesi aparılır. Bəzi banklarda təhlil satış bölməsinin öz əməkdaşları (risk bölməsinin rəyi ilə), bəzilərində isə anderraytinq bölməsinin (risk bölməsinin tərkib hissəsi) əməkdaşları tərəfindən aparılır. Təhlilin nəticələrinə və keyfiyyətinə uyğun olaraq müvafiq səviyyəli komitələrdə ötən dövr və proqnozlara əsasən qərarlar verilir. Ancaq unutmayaq ki, proqnoz adətən qısa müddətdə özünü doğruldur.  Yaxşı, müştərinin ödənişləri qrafik üzrə ödənilirsə, sonradan baş vermiş hələ bizə məlum olmayan neqativ tendensiyani , biznesi monitorinq etmədən necə müəyyən etmək, izləmək və tədbir görmək olar ? Banklarda sistem təminatı və müştəri seqmentindən asılı olaraq aşağıdakı addımlar atıla bilər:

       Müştərilərə dair məlumatların dövrü şəkildə toplanması:

  • Kredit xətti, overdraft və sair istifadəsı
  • Kredit bürosundan çıxarışın analizi
  • Hesabda vergi və ya DSMF sərəncamının olması
  • Daimi iri məbləğdə mal alanların, təchizatçıların sistem üzərindən kodlaşdırılması
  • Əmək haqqı layihəsi üzrə köçürmənin məbləği (layihə bankınızdadırsa daha asan olacaq)
  • Müştərilər üzrə əmək haqqı kartlarının aylar üzrə orta sayı, son 3 ay, hər ay üzrə aktiv say
  • İdxal və ya ixracatla məşğul olması
  • Kreditin təyinatı (kateqoriya üzrə bölgü seçimlə)
  • Müştərinin başqa banklarda hesablaşma hesabının olması, hesabdan çıxarışlar
  • Müştərinin aylıq dövriyyəsinin hansı hissəsinin (% aralığı) bankınızdan keçməsi
  • Müştərinin ƏDV , sadələşmiş və yaxud mənfəət vergisi ödəyicisi olması
  • Maliyyə məlumatları alınmadan şəxsi hesab vərəqələri və ƏDV-nin depozit hesabından çıxarışın alınması (bu hissə rəsmi və əldə etmək çox asan olduğu üçün müştərilər tez bir zamanda təqdim edir)
  • Qanuni təmsilçinin dəyişməsi (e-taxes.gov.az- məlumat axtarışı - kommersiya hüquqi şəxslər ) və sair

 

Bu məlumatlara əsasən sistemdən aylıq hesabat çıxarmaq imkanıolmaldır ki, prosesiavtomatlaşdırmaq və asanlaşdırmaq mümkün olsun. Bəzi bəndlərin ətraflı izahı :

 

1. Aylıq dövriyyənin izlənməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • Dövriyyənin son 6 (altı) ayda azalması
  • Dövriyyənin % nisbəti ilə azalması
  • Dövriyyənin ötən ilin analoji dövrünə nisbətdə azalması
  • Dövriyyənin son 3 (üç) ayda olmaması
  • Satışların azalması
  • Əvvəlki ilə nisbətdə alıcıların azalması
  • Müflisləsməyə doğru
  • Dövriyyənin başqa bankdakı hesablara yönləndirilməsi
  • Sistemin kreditsiz dövriyyəni düzgün təqdim etməsi zəruridir
  • Dövriyyənin azalmasının faiz nisbəti tərəfinizdən şəxsi mülahizənizə əsasə müəyyən olunur
  • Başqa banklardakı dövriyyəni dövrü şəkildə əldə etdikdə ümumi tendensiya barədə təsəvvür fomalaşa bilər

 

2. Kredit xəttindən istifadə və geri ödənişlərin izlənməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • Xəttdən istifadə edərək xəttin və ya kreditin (əgər varsa) faiz və əsas borc ödənişləri ödənilir
  • Xəttdən nəzərdə tutulmayan ödənişlər üçün istifadə edilir
  • Likvidlik problemi
  • Borclanmanın artması

 

  • Sistemin kreditsiz dövriyyəni düzgün təqdim etməsi zəruridir
  • Kredit bürosundan çıxarışa, sorğulara diqqət edilməli

 

3. Əmək haqqı layihəsi bankınızda olan müştərilərin cari hesabından çıxarışına istinadən hər ay üzrə ödədiyi (köçürülmüş əmək haqqı fondu məbləği) əmək haqqı məbləği, məcburi Dövlət Sosial Sığorta haqqınin məbləği

İzlənilən dəyişiklik

  •  
  •  
  • Əmək haqqı fondunun aylar üzrə azalmağa başlaması
  • Hər hansı ay üzrə ödənilməməsi
  • Son iki ayda ödənilməməsi
  • Müştərinin maliyyə vəziyyətinin neqativ tendensiyaya doğru dəyişməsi
  • Likvidlik problemi
  • İşçilərin ixtisarı
  • Fəaliyyətini dayandırması
  • DSMF-in büdcə hesabı sabit olduğu üçün sistem onu asanlıqla tanıya bilər
  • Əmək haqqı fondu üzrə köçürmə kodlaşdırıla bilər

 

4. Plastik kart hesabatları üzrə əmək haqqı layihələrinin izlənməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • Əmək haqqı kartlarının ləğv edilməsi, sayının aylar üzrə azalması və  yenisinin sifariş edilməməsi
  • İşçilərin ixtisarı, maliyyə vəziyyətinin mənfiyə doğru dəyişməsi
  • Xidməti müqavilələrə keçid
  • "Salary project" üzrə ətraflı hesabatlılığın olması

 

5. Müştəri ƏDV ödəyicisidirsə aylıq hasilat üzrə növbəti ayin 20-dən sonra vergi ödənişlərinin izlənməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • Vergilər Nazirliyinə ay ərzində köçürmə olmayib
  • Vergilər Nazirliyinə iki ay ərzində köçürmə olmayib
  • Vergilər Nazirliyinə kvartal üzrə köçürmə olmayib
  • Köçürülən məbləğ azalıb
  • Satışların azalması
  • Likvidlik problemi
  • VN-nin hesabı sabit olduğu üçün sistem onu asanlıqla tanıya bilər
  • Aylıq, rüblük vergi növləri üzrə müştəriyə dair məlumat eyniləşəcək

 

6. İdxalçı və ya ixracatçının hesabına  SWİFT üzrə mədaxil və ya məxaricinin olmaması

İzlənilən dəyişiklik

  •  
  •  
  • SWIFT üzrə köçürmənin olmaması,
  • Konvertasiya əməliyyatının aparılmaması
  • İdxalçının xaricə köçürmələrinin kəskin azalması
  • Xarici təchizatçılar daha çox nəğd şəkildə işlədiyi üçün likvidlik problemi
  • Satışın realizasiyasında problemlərin olması
  • Sistem konvertasiya əməliyyatını tanıyır və məbləği çıxara bilir
  • Sistem xaricə köçürülməni SWIFT əməliyyatına görə eyniləşdirə bilər

 

Ən sərfəli kredit üçün müraciət et

7. Kreditin təyinatı dövriyyə vəsaitlərinin artırılması (dolayısı yolla satışın artırılması) idisə aylıq dövriyyənin izlənməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • 3 ay sonra aylıq dövriyyədə hiss olunan artımın olmaması
  • Kreditin təyinatı üzrə istifadə edilməməsi
  • Satışın düzgün təşkil edilməməsi (plansız idarə etmə)
  • Kredit verilişindən sonrakı 3 (üç) aydakı dövriyyə məbləğinin faiz nisbəti ilə müqaisəsi

 

8. Dövriyyənin başqa banka yönləndirilməsi

İzlənilən dəyişiklik

  •  
  •  
  • Hesabın möhkəmləndirilməsi məqsədi ilə köçürmələrin artması
  • Bankınızda dövriyyənin azaldılması (effektivliyə nəzarət)

 

  • Hesabın möhkəmləndirilməsi adı ilə köçürülən vəsaitlərə dair ciddi tapşırıqla əməliyyatçılar tərəfindən eyni təyinatın qeyd edilməsi və ya drop-down

 

9. Digər bəndlər üzrə

İzlənilən dəyişiklik

  •  
  •  
  1. KB çıxarışı üzrə sorğuların sayının və öhdəliklərin artması tendensiyası, digər banklarda gecikmələr
  2. Hesabda sərəncamın olması
  3. Debitor və kreditorlar üzrə dəyişiklik
  4. Hesab üzrə konvertasiya əməliyyatının olmaması
  5. Kreditin təyinatı hesab üzrə
  6. Qanuni təmsilçinin dəyişməsi
  1. Maliyyə vəziyyətinin pisləşməsi, borclanma
  2. Sərəncamın məbləği və göndərilmə tezliyinə əsasən
  3. Asılılıq riski, alışların azalması,debitor borcların ödənməsinə çətinliklər
  4. İdxalçının alışlarında problemlər və satışın azalması
  5. Nağdlaşdırmanın məhdudlaşması köçürmələri müəyyən edəcək
  6. Şirkətin satılma ehtimalı ,təsisçi və idarə etmə problemləri
  1. KBR çıxarışını birbaşa sistemə inteqrasiya etmək mümkündür
  2. Sistem üzrə sərəncamalara dair hesabatlıq almaq mümkündür
  3. Təchizatçının sistemə hesab nömrəsinə əsasən tanıtmaq olar
  4. Sistem bu əməliyyatı asanlıqla tanıyır çünki, xarici valyuta hesabına mədaxil və ya köçürmə icra edilir
  5. Manul qaydada baxmaq daha faydalı olacaq
  6. VN-nin saytından 7/24 dəqiqləşdirmək mümkündür

 

 

  •  

Aylıq hesab dövriyyəsi (məsələn)

Vergi ödənişləri (məsələn)

Və sair

Qısa nəticə

İzləmə metodu

  •  
  •  
  1.  
  2.  

Qısa nəticə

İzləmə metodu

  •  
  •  

 

1-ci hal

  1.  

Dövriyyənin son 6(altı) ayda azalması

 

  •  

 

 

 

 

2-ci hal

  1.  

Dövriyyənin % nisbəti ilə azalması

 

Aşağı, orta

 

 

 

 

3-cü hal

  •  
  •  

Dövriyyənin ötən ilin analoji dövrünə

 

  •  

 

 

 

 

4-cü hal

  •  

Dövriyyənin son 3 (üç) ayda olmaması

 

  •  

 

 

 

 

Təklif olunan (avtomatik generasiya olacaq),

Ümumi nəticə (metodun xüsusi çəkisi və vacibliyindən asılı olaraq)

Yoxlanmalı olanay

Mon. növü

  • Maliyyə monitorinqi
  • Kreditin təyinatı
  • Dövriyyə və hesab əməliyyatlarının yoxlanması

Yoxlanmalı olanay

Mon. növü

  • Maliyyə monitorinqi
  • Kreditin təyinatı
  • Dövriyyə və hesab əməliyyatlarının yoxlanması
                           

 

Qeyd: Bütün hallar və yoxlamalar üzrə nəticələr müştərilərin qarşısında görsənməlidir ( portfel üzrə məlumatlar hər müştərinin qarşısında, sətrin davamında, sütünlar üzrə ).

Siqnalın vacibliyinə əsasən fərdi qərar vermək mümkün olacaq və ya bütün siqnallar üzrə nəticələri excel vasitəsi ilə skorinq halına salmaqla vahid qərara və ya siqnala çevirmək olar.