Kevin bu dəfə “evdə tək deyil”, onun köməkçisi var | Banco.az

Kevin bu dəfə “evdə tək deyil”, onun köməkçisi var

Ailəsi yeni ili qeyd etmək məqsədilə ölkəni tərk etdiyi üçün evdə tək qalan və başına gələn cürbəcür hadisələrlə cəsarəti sayəsində mübarizə aparan Kevin McCallister – i çoxlarınız xatırlayırsınız.

Həmçinin oxu: Markaların bir-birlərinə istinad etdikləri 10 reklam filmi

Xüsusilə də 90 – cı illərin insanlarının mütləq şəkildə izlədiyi və yeni il dedikdə ilk ağla gələn “Evdə tək” filmi “Google Assistant” və “Google Hub” – ın yeni reklam çarxının mövzusu olub.

Ən sərfəli kredit üçün müraciət et

Filmdə Kevin obrazına həyat verən Makaley Kalkin (Macaulay Culkin) artıq uşaq deyil və yenidən qarşımızdadır. Yenə də evdə tək qalan Kevinin yanında bu dəfə “Google Assistant” var. Başına hər hansı bir fəlakət gəlmədən tək başına qalmağın “Google” sayəsində dadını çıxarır. 

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et