“Kapitalbank” şöbə rəisi axtarır – VAKANSİYA | Banco.az

“Kapitalbank” şöbə rəisi axtarır – VAKANSİYA

“Kapitalbank” “Risklərin İdarə olunması departamentinə şöbə rəisi” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməli, MS Office proqramlarında, o cümlədən “Excel”də işləməyi bacarmalıdır. Risklərin idarə olunması, maliyə, audit/mühasibatlıq üzrə azı 3 illik təcrübənin olması vacibdir. İdarəçilik təcrübəsinə olanlara üstünlük verilib.
Əsas vəzifə öhdəlikləri:
- Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün  təkliflərin verilməsi;
- Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
- Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
Maraqlananlar sentyabrın 5-nə qədər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində "Risklərin idarə olunması” yazılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et