Kapital Bank hərbçilərə zaminsiz nağd pul krediti təklif edir | Banco.az

Kapital Bank hərbçilərə zaminsiz nağd pul krediti təklif edir

Kapital Bank 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 30 iyun tarixinədək hərbçilərə güzəştlə kredit kampaniyası təqdim edir.

Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən güc strukturu əməkdaşları 15 000 manatadək krediti zaminsiz ala bilərlər. Şərtlərə əsasən kredit götürənlərə BirKart hədiyyə olunur.

Son iş yerində stajı minimum 3 ay olan güc strukturu əməkdaşları, Kapital Bank-dan 300 – 20 000 manat aralığındaolan “Gündəlik tələbat krediti”ni, 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır.Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.