Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 22 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Trend BFB-yə istinadən məlumat verir.
Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 220 min istiqraz çıxarılacaq.
İstiqrazların ödəmə tarixi 31 noyabr 2016-cı ildir.
Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.
Mənbə: Trend.az