İstanbulda inflyasiya artım göstərib | Banco.az

İstanbulda inflyasiya artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay İstanbulda inflyasiya artıb.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatasının (İTO) məlumatlarına görə, İstanbulda pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Əmək haqqı İndeksi mart ayında 3,93 faiz, topdansatış qiymətləri hərəkətlərini əks etdirən Topdansatış Qiymətləri İndeksi isə 3,78 faiz artıb.

Sözügedən məlumatlar illik tədqiq edildikdə görürük ki, artım nisbəti pərakəndə satışda 78,25 faiz, topdansatış qiymətlərində isə 63,21 faiz təşkil edib.

Martda pərakəndə satışda əsas artım 8,96 faizlə geyim xərcləri üzrə qeydə alınıb. Topdansatış qiymətlərində isə 7,85 faizlə mədənçilik sənayesi öndədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram