Müəllif: Tamara Mustafayeva, Banco.az
İsrail Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, İsrail Bankı inflyasiyadan və artan müharibə xərclərindən qorunmaq üçün uçot dərəcəsini dəyişməyərək 4,5 faiz səviyyəsində saxlayıb.
Pul Siyasəti Komissiyasının iclasından sonra İsrail Bankı tərəfindən yayılan bəyanatda ikinci görüşdən sonra da faiz dərəcələrində dəyişiklik olmayacağı qeyd edilib.
Qərardan sonra yerli valyuta şekel dollara nisbətdə 2,4 faiz bahalaşıb.
Xatırladaq ki, ötən həftə İsraillə İran arasında yaşanan gərginlik və Tehranın qisas təhdidlərinin təsirinə məruz qalan şekel itkilərini bu yüksəlişlə kompensasiya edib.
Bizi sosial şəbəkələrdən izləyin!!