İşlədiyiniz şirkətin pis olduğunu necə bilmək olar? | Banco.az

İşlədiyiniz şirkətin pis olduğunu necə bilmək olar?

Həyat pis şirkətdə işləmək üçün çox qısadır. Bir anlıq düşündükdə, yuxu istisna olmaqla həyatınızın yarısından çoxunu ofisinizdə, iş masanızda, qısacası iş yerinizdə keçirirsiniz. Bütün psixologiyanız onlara uyğun olaraq formalaşır, gününüzün yaxşı və ya pis keçməsi şirkətlə bilvasitə olaraq əlaqəlidir. Pis idarəçi bütün gününüzü məhv edə bilər, yetişməmiş şirkət mədəniyyəti isə bütün iş həyatınızı məhv edə bilər. Tam tərsi də ola bilər. İşçisini hər şeydən üstdə tutan, onun xoşbəxt olması üçün strategiyalar yaradan bir şirkət həyatınızın geri qalan digər bütün dərdlərini unutdura bilər, həqiqətən şövqlə işləyə bilər və xoşbəxt ola bilərsiniz.

İşlədiyiniz şirkət pisdirsə və sizi qane etmirsə təbii ki, işdən çıxa bilərsiniz. Amma bir şey var ki, sevimli iş yeri tapmaq da çətin problemdir. Amma bunları düşünməmişdən qabaq bir şeyi dəqiqləşdirmək lazımdır.

Həqiqətən işlədiyiniz şirkət pisdir?

Əgər şirkətiniz aşağıdakı maddələrə uyursa, deməli siz, həqiqətən, pis şirkətdə işləyirsiniz.

1) Xəbərdarlıq edilmədən qovulmaq: Nəyi səhv etdiyinizi ancaq işdən çıxarılarkən öyrənirsiniz. Etdiyiniz səhvlər barədə xəbərdarlıq etmirlər və sizi işdən çıxarırlar.

2) İşçilər arasında amansız rəqabət mühiti yaradılması: Digər iş yoldaşlarınızla müqayisə edilirsiniz və performansınız həmişə qeyri-kafi olur. Pis şirkətlər, komandada lazımsız və zərərli bir rəqabət meydana gətirib hər kəsi digərlərindən daha yaxşı performans göstərməyə məcbur edərlər.

Ən sərfəli kredit üçün müraciət et

3) Sosial həyatınıza dəyər verməz: Pis şirkətdə bitməyən və tamamlanmayan işlər,yuxusuz gecələr sadəcə dəhşətdir. Evə gec gedərsiniz, ailənizə vaxt ayıra bilməzsiniz, axşam çölə çıxa bilməzsiniz. Bu iş həyatınıza da mənfi təsir edir.

4) Birlikdə keçirilən zamanlar yaratmır: Şirkət işçilərini yalnız təyin yerlərdə və təyin etdiyi saatlarda bir yerə yığır. Onların birgə sosiallaşmasına kömək etməz, birlikdə zaman keçirmələrini istəməz. İşçilərin bir-birinilərinə yaxın olmalarını özünə qarşı bir təhlükə olaraq görür, çünki artıq onları daha asan istifadə edə bilməyəcəyini düşünər. Səmimiyyətdən qorxar.

5) Yalan söyləyər: Çox yaxında vəzifəsiniz yüksələcək.Yeni bir çalışan alınacaq və iş yükünüz yüngülləşəcək. Tezliklə maaşınıza artım alacaqsınız. Hər şey düzələcək, yalnız bir az səbr etmək lazımdır. Bu tip ifadələr istifadə edərlər.

6) Hər işçinin performansı bərabər tutulur: Şirkətdə yaxşı performans / pis performans ayrı-seçkiliyi yoxdur. Axşama qədər boş-boş dayanan da, özünü işinə fəda verən də şirkət üçün eynidir. Hər ikisinə də eyni təhsil / inkişaf imkanları və eyni kariyer imkanları təmin edilər. Yaxşı və pis bir-birindən ayrılmaz. Performans qiymətləndirilməz.

Günel Abduraxmanova / Banco.az