İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
Bunu Banco İSB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir.
İcbari Sığorta Bürosu tərəfindən 13.07.2014-cü il tarixdə saat 06:20 radələrində, Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin birinin ölümü ilə əlaqədar 5 000 AZN, beş nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaqları ilə əlaqədar 6 750 AZN, ümumilikdə isə hadisə üzrə 11 750 AZN (on bir min yeddi yüz əlli manat) məbləğində Azərbaycan Respublikasının vətəndaşlarına kompensasiya ödənişi poçt vasitəsi ilə 01.07.2015-ci il tarixdə köçürülmüşdür.