Yeni bir işə düzələrkən cv rezüme tərtib edirsiniz. Müxtəlif şirkətlərə göndərirsiniz, nəticədə sizin rezüme bəyənilərsə sizi iş intervyusuna çağırırlar. Bəs bu görüşdən mükəmməl nəticə ilə çıxmaq üçün nə etmək lazımdır? Sözsüz ki, sizin şəxsi keyfiyyətləriniz, bilik və bacarıqlarınız ön planda olur. Ancaq bununla yetinmək olmaz. Həm özünüzə yardımcı olacaq həm də intervyu keçirən mütəxxəssislərə sözün əsl mənasında təsir edəcək bir iş intervyusunu necə etmək olar? Sizə 8 mükəmməl sualı təqdim edirəm! Bu sualları intervyu zamanı sizə suallar verən şəxslərə verin və sehrli təsirini anındaca müşahidə edin! Beləliklə
1. Sözü gedən pozissiya (vakansiya) ilk yaradıldığından bəri necə inkişaf edib?
İş vakansiyasının tarixçəsini öyrənmək ilə siz müəyyən edəcəksiniz ki, burada işləyənlər karyera pilləsində irəli gedib yoxsa uğursuzluqla üzləşib bir-bir tərk ediblər bu vakansiyanı. Əgər sizə deyilsə ki, yarandığı andan bəri olan müddətdə bu vakansiya inkişaf edib. Sizin şirkətlə birlikdə böyümək şansınız var. Əgər deyilsə, perspektivi olmayan bir vakansiyaya can atmağı məsləhət görməzdik.
2. Daha əvvəlki əməkdaşlar bu vəzifədə uğur qazanmaq üçün nələri ediblər?
Bir şirkətin uğuru nə ilə və necə ölçdüyünü bilmək sizə həmin işdə nələri etməli olacağınız barədə məlumat verir. Siz özünüzdə həmin tələbləri qarşılaya bilib-bilməyəcəyinizi müəyyən edə bilərsiniz. Bu həm də şirkətin iş mühitini və adətlərini başa düşməyə kömək edəcək.
3. Burada işləmək sizə nə ilə xoşdur?
Sizi sorğu suala tutan HR və ya şöbə müdirinə bu sualı verməlisiniz! :) Siz həmin işçidən şirkətin müsbət və mənfi tərəflərini öyrənə bilərsiniz. Bu həmdə sizi gələcəkdə gözləyəcək xoş və ya bəd nüanslar barədə məlumat verə bilər. Bu sual həm də əlavə bonuslar, sığorta və şirkətin işçiləri qarşısında yerinə yetirdiyi digər sosial öhdəliklər barədə söz salmağa kömək edə bilər. Sizi maraqlandıran sualları verə bilərsiniz.
4. Növbəti üç aydan sonra bu vakansiyaya qəbul edilən kandidatdan gözlənilən ən əsas prioritetlər nədir?
Bu sual sizin işə qəbul olduqdan sonra nə üzərində fikrinizi cəmləməli olduğunuz barədə sizə xəbər verir. Düzgün və dəqiq müəyyən olunmuş gözləntilər olmadan sizin hansı işi bitirməli olduğunuzu və ilk günlərdən işə necə başlamalı olduğunuzu müəyyən etmək çox çətin olardı.
5. Bu şirkətdə uğurlu menecerin hansı keyfiyyətləri olmalıdır?
Əgər siz menecer vəzifəsinə işə götürülürsünüzsə, onda siz dəqiq bilməlisiniz ki sözügedən şirkət uğurlu liderdən nələri gözlüyür, hansı əsas bacarıqlar vacibdir? Bu sualınıza cavab aldıqdan sonra, izah edin ki öz keçmiş iş təcrübənizdə bu işlərin öhdəsindən necə gəlmisiniz.
6. Əgər işə qəbul olunsam, menecerlərimlə necə əməkdaşlıq edəcəyimin nümunələrin göstərə bilərsinizmi?
Ola bilsin ki, siz yeni işçi kimi hansısa menecerin yanında işləməyə başlayasınız. Bir neçə səbəb ola bilər, məsələn bacarıqlarınızın tələb olunan səviyyədə olmasını yoxlamaq üçün və sair digər səbəblərdən dolayı olaraq. Müxtəlif komandalarda müxtəlif işə yanaşma var, bəziləri diktator rejimdə işləyir, bəziləri əsl komanda şəklində birlikdə. Elə müdirlər də var ki, işçiləri bir-birindən ayrı saxlamağa çalışır. Siz bunları əvvəlcədən öyrənərək həmin vakansıiyanın nə qədər sizə uyğun olduğunu əvvəlcədən dəqiqləşdirə bilərsiniz.
7. Bu vakansiyada işə düzələcək gələcək işçinin hansı çətinlikləri yarana bilər?
Bu suala səmimi və dəqiq cavab almaq sizin üçün çox vacibdir. Pozissiyadan asılı olaraq sıravi işçi və menecerin müxtəlif çətinlikləri ola bilər. Misal olaraq bir menecerin yeni təhvil aldığı şöbə büdcə çatışmazlıqları çətinlikləri çəkə bilər. Əgər sıravi işçisinizsə sizdən iş vaxtlarından əlavə olaraq işləməniz tələb oluna bilər. Amma əgər desələr ki, heç bir çətinliklə üzləşməyəcəksiniz, çox ehtimal qeyri səmimi cavab aldınız.
8. Mənim bilik və bacarıqlarım barədə iradlarınız varmı?
Bu sualı verməklə siz zəif cəhətləriniz barədə müzakirə etməyə açıq olduğunuzu bildirir. Bu həm də özünə əminlik eyni zamanda öyrənməyə hazır olduğunuzu bildirir.
Azer Eyyubov /news.azex.az/
http://news.azex.az/?news=is-intervyusu-zamani-sizin-ver%C9%99-bil%C9%99...