İran denominasiyaya hazırlaşır | Banco.az

İran denominasiyaya hazırlaşır

İran Mərkəzi Bankı milli valyutanın 1:10 miqyasında denominasiya etməyə hazırlaşır. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə IRNA agentliyinə Nazirlər Kabinetinin katibi Mohsen Hacı Mirzaeyi məlumat verib.

Mirzaeyi bildirib ki, bu qərar hesablaşmaların asanlaşdırılmasını nəzərdə tutur. Yeni pul vahidi - tümənin hazırkı 10 riala bərabər olması, yəni qiymətlərdən bir "0"-ın silinməsi gözlənilir.

Milli valyutada islahatın iqtisadi komissiya tərəfindən öyrənildiyi və Mərkəzi Banka təqdim edildiyi bildirilir. Qeyd edək ki, tümən 1932-ci ildən İranda tədavüldə olub və daha sonra "rial"la əvəzlənib. Hazırda onun yenidən tərs əvəzlənməsi gözlənilir. Qeyd edək ki, İranın rəsmi milli valyutasının adı "rial" olsa da, xalq arasında demək olar ki, çox vaxt "tümən" sözü işlədilib. Bu da müəyyən çaşqınlıq yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Son illərdə baş verən yüksək inflyasiya rialın məzənnəsini xeyli aşağı salıb. Hazırda İranın valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 39 000 riala bərabərdir və bundan sonra isə 3 900 tümənə bərabər olacaq. Qeyd edək ki, rialdan 3, hətta 4 ədəd "0"-ın silinməsi təklifləri müzakirə olunsa da, nəticədə belə radikal qərardan vaz keçilib.

Mənbə: report.az